Məhkəmə qərarları › İş №3(003)-2188/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2188/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2188/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində daxiliyanma mühərrikinin maşinisti vəzifəsində işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, X3 bildirdi ki, təhqiqatın qərarı əsasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan barəsində tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, məhkəmənin qərarı əsasında hər həftənin bazar günü uşağı ilə görüş günü müəyyən edilmişdir. Ona görə xx.xx.2024-cü il tarixdə, bazar günü keçmiş arvadının yaşadığı ünvana getmiş və qapını döymüşdür. Hər zaman bu formada etmiş və uşağı çölə çıxardıb ona vermişlər, uşaqla görüşdükdən sonra geri qaytarıb təhvil verilmişdir. Hadisədən əvvəl keçmiş arvadı uşağı ilə görüş qaydalarını pozduğundan icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir. Hadisə günü uşağı ilə görüş üçün gəldiyini bildirmək məqsədilə keçmiş arvadına zəng vurmuş, lakin keçmiş arvadı telefon zənglərinə cavab verməmişdir. Hadisə zamanı qapını açan olmadığından bir az bərk vurmağa başlamış və bu zaman keçmiş arvadının bacısı Nərgiz Abbasova qapını açmışdır. Onu içəri daxil olmasını dediyindən içəri daxil olmuş və uşağının evdə olmadığını görmüşdür. Buna görə də o, növbəti bazar günü gələcəyini və uşağın evdə olmasını demişdir. Lakin heç bir artıq hərəkət etməmişdir. O, qapını əlini ilə bərk çırpmışdır, yerdən heçnə götürməmişdir. Belə ki, yerdən heçnə tapa bilməmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, uzun müddətdir ki, Şəxs onları bezdirmişdir. Belə ki, istədiyi vaxtı gəlir, gəlməmişdən qabaq onlara məlumat vermir. Hadisə zamanı yenə məlumat vermədən gəlmişdir. Ona uşağın evdə olmadığını bildirmiş, lakin qapını itəliyərək həyətə daxil olmuş və onu təhqir etməyə başlamış, həmçinin bazar günü onun görüş günü olduğunu və heç kim ona heçnə deyə bilməz söyləmişdir. O da, Şəxs qapını bu formada bərk döymək ixtiyarının olmadığını bildirmişdir. Bundan sonra Şəxs çıxıb getmişdir. Həmçinin bildirmişdir ki, Şəxs vaxtı-vaxtında uşağı ilə görüş üçün gəlmədiyindən hadisə zamanı onun gələcəyini bilməmişlər. Bu vaxtı isə bacısı uşağı kursa aparmışdır. O, hadisə zamanı qapını açdıqdan sonra Şəxs uşağın anası tərəfindən kursa apardığını bildirmiş, lakin buna baxmayarq o, zorla qapını itələyərək içəri daxil olmuşdur. Məhkəmə, proses iştirakılarını izahatlarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Vüsal Nəsirzadə tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasnın rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Xəzər RPİ-nin 3-cü PŞ-nin aidiyyatı əməkdaşına həvalə edilməsi barədə qərara alınmışdır. - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs, xx.xx.2024cü il tarixdə Binə qəsəbəsi, Ə.İsazadə küçəsində Cavad Hüseynovun qapısnı daşla vuraraq kilidini sındırmış və bununlada xırda xuliqanlıq etmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. -xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş 1 ədəd CD diskdə olan videogörüntüdən görünür ki, Şəxs küçədə kiçik dəmir qapının bir müddət əli ilə vurduğundan sonra dayanır, daha sonra əyilərək yerdən nəsə götürüb gözləyir, sonra isə yenidən qapını vurmağa başlayır, qapını cəftəsi ilə açmağa çalışır. Bir az müddətdən sonra qapını içəridən bir qadın cinsli şəxs açır və Şəxs ilə aralarında dialoq baş tutur, az müddətdən sonra isə həmin qadın qapını bağlayır. Bundan sonra Şəxs qapını əli ilə bərk formada vurmağa başlayır. Qadın yenidən qapını açır, Şəxs həyətə daxil olur və qapı bağlanılır. Az müddətdən sonra Şəxs qapını açan həmin qadınla mübahisə edərək küçəyə çıxır və bu zaman küçədən iki qadın, azyaşlı uşaqla birlikdə hərəkət edərək onların yanından keçirlər. Bundan sonra Şəxs oranı tərk edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə uşağı ilə görüş məqsədilə keçmiş arvadının yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evə gəlmiş, lakin uşağının evdə olmamasını bildikdən sonra heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə yaxınlıqdan keçən şəxslərin olmasına baxmayaraq X2 ünvanına nəlayiq ifadələr işlətmiş, həmçinin yerdən götürdüyü daş parçası ilə oradan uşaqlaşarkən evin qapısına vuraraq zədə yetirmiş, bununla da ictimai qaydanı pozmuş, yəni xırda xuliqanlıq etmişdir. Bu hal iş materialları ilə və onun məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.3-cü maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 70 (yetmiş) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar