Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2189/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu, Azərbaycan Kənd Təsərrüfatı Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş 04 noyabr 2024-cü il tarixli, 00800-00992/24 nömrəli protokol Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/026137 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, hüquqi ünvanı AZ0100, Pirşağı qəsəbəsi, 2 saylı sovxoz olan Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********1438 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 8602 AZN, netto çəki 4 kq olan müxtəlif adlı yüklülər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük organına müraciət edilməmişdir. Eyni zamanda, həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixinə idxal rüsumu üzrə- 232.25 AZN, əlavə dəyər vergisi üzrə - 320.5 AZN olmaqla, ümumilikdə 552.75 AZN məbləğində gömrük borcu yaranmışdır. Aparılan araşdırma zamanı, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi- Tədqiqat İnstitutunun nümayəndəsi izahat verməsi üçün xx.xx.2024-cü il tarixli 3-33- 3100/2- 004093/2024 nömrəli məktubla Təhqiqat şöbəsinə dəvət olunmuş, buna baxmayaraq hüquqi şəxsin hər hansı bir nümayəndəsi Təhqiqat şöbəsinə gəlməmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Təqqiqat İnstitutunun hüquqi ünvanı AZ1098, ünvan ycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; 114.3-cü maddəsinə əsasən işə baxılarkən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər. Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil.Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü və 505-ci maddələri hərəkətsizlik nəticəsində törənmiş inzibati xətalardır. Hazırki inzibati xəta haqqında iş üzrə inzibati xətalar hərəkətsizlik formasında olduğundan və hüquqi şəxsin hüquqi ünvanı Sabunçu rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 04 noyabr 2024-cü il tarixli, 00800- 00992/24 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2189/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2189/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver