Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2199/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1, X3 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin EQ 30135722 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilərək, inzibati iş üzrə icraata xitam verilməsi haqqında şikayətini nəzərdən keçirib, Müəyyənetdi: X5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin EQ 30135722 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolunu ləğv edərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədən görünür ki, müraciət müəllifi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın deyil, həmin qərarın qəbul edilməsi üçün əsas olan inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. İXM-nin müddəalarına görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər (İXM-nin 128.1-ci maddəsi). Hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir (İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələri). İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında materialın geri qaytarılması barədə qərardad qəbul edilir (İXM-nin 109.1.6-cı maddəsi). Qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ nəzərdə tutulmamış və məsələni mahiyyəti üzrə həll etmək mümkün olmadığından toplanmış material qəbul edilmiş qərardad əsasında geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 müraciəti, əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-nin 128 və 109-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin EQ 30135722 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X4 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. X7
Məhkəmə qərarları › İş №3(003)-2199/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2199/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver