Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-22/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs (bundan sonra MMC) qanuni təmsilçisi X2 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin (VÖEN: **********) ünvanına daxil olmuş yükün gömrük rəsmiləşdirilməsi zamanı qısa idxal gömrük bəyannaməsi verilməmişdir. Belə ki, Şəxs MMC (**********) 27 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində ********* sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən Polşada fəaliyyət göstərən “OLPO GROUP SP Z.O.O” şirkətindən 33AAU782/33AGH378 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən ən azı 1 (bir) saat əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsilə Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2ci yarımbəndinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada X7 verməli olduğu halda 24 oktyabr 2021-ci il tarixdə saat 13:47-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçiməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair **********7435 sorğu nömrəli X5 mallar gömrük ərazisinə gətirildikdən sonra 25 oktyabr 2021-ci il tarixdə saat 16:33-də gömrük orqanına elektron formada verməklə X5 malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl verməmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti mayoru X1 tərəfindən 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X6 göstərdi ki, Şəxs MMC Polşada fəaliyyət göstərən “OLPO GROUP SP Z.O.O” şirkətindən kosmetika məhsulları almışdır. Malların ölkəyə gətirilməsi zamanı cəriməyə düşməmək üçün X4 verilməsinin vacib olduğunu bilirlər. Bütün Hüquqi şəxslər Vergi Xidmətinin verdiyi VÖEN-ə görə fəaliyyət göstərə və həmin VÖEN vasitəsilə xaricdən mal idxal edə bilirlər. Polşadan mal idxal etmək üçün, həmin şirkətlə rəsmi müqavilə bağlanır, müqavilə Gömrük Komitəsinin saytına daxil edilir və kod alınır, həmin kod və müqavilə ilə Bankdan xarici şirkətin hesabına ödəniş edilir, daha sonra mallar ölkəyə göndərilir. Mallar ölkəyə çatmamış X7 verilir. Onlar da ilk öncə müqaviləni bağlamışlar, daha sonra e-custom saytından VÖEN göstərməklə ********* nömrəli kod almışlar. Yəni Gömrük Komitəsinin saytında VÖEN görünmüşdür. Onar sifarişi verdikdən sonra Polşadan mal çıxmağa başlamışdır. X7 verilən zaman Gömrük Komitəsinin sistemində VÖEN çıxmamışdır. Düşünmüşlər ki, hardasa səhvlik edirlər. Buna görə də 13 oktyabr 2021-ci il tarixində “Mybroker” broker şirkəti ilə müqavilə bağlamışlar. Broker şirkəti də nə qədər çalışsa da, X7 verə bilməmişdir. Çünkü Sistemdə VÖEN görünməmişdir. Bundan sonra o, dəfələrlə 195 çağrı xidmətinin 1 (vergi xidməti) və 6 (gömrük) xidmətinə zəng etmişdir. Gömrük Komitəsi də, Vergi Xidməti də heç bir problem olmadığını və VÖEN-in sistemdə göründüyünü demişlər. O, məcbur qalıb ********** daxili nömrə 3503 nömrəsi ilə əlaqə saxlamışdır. Oradan telefon zənginə cavab verən şəxs ona bildirmişdir ki, Gömrük Komitəsində onların VÖEN-lə bağlı bir problemi var, amma həlli yolu Vergi Xidmətinə aiddir, onlara tapşırmışdır ki, üç günə həll edəcəklər. Üç gün sonra yenidən X7 vermək istəmişdir. Broker şirkəti həll olmadığını bildirmişdir. Yenidən Gömrük Komitəsinə getmiş, həmin nömrədə olan və onun əvvəlki zənginə cavab vermiş şəxsin yerində olmadığını ona bildirmişlər. Gömrük Komitəsindən ona problemin həlli yolu Vergi Xidmətindədir dedikləri üçün Vergi Xidmətinə 21 oktyabr 2021-ci ildə 195-1 nömrəsi vasitəsilə şikayət və sorğu vermişdir. Vergi Xidməti Elektron Sistemdə texniki problemin olmadığını bildirmişdir. Nəhayət, mal ölkəyə 23 oktyabr tarixində - şənbə günü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna yaxınlaşmışdır. Orada olan işçilərdən biri ona zəng edib, adına mal gəldiyini, amma rəsmi olaraq heç bir VÖEN olmadığı üçün ölkəyə ötürülmədiyini bildirmişdir. O isə ona 2 gün də səbr etməsini və məsələni həll edəcəyini demişdir. Bazar günü - 24 oktyabr tarixində günorta vaxtı ona yenidən zəng edərək bildirmişlər ki, malı ölkə ərazisinə ötürürük, sabah məsələni həll edin, yoxsa mal geri qayıdacaq. Oktyabr ayının 25-də səhər tezdən o, Gömrük Komitəsinə gedərək yenidən həmin nömrə ilə əlaqə saxlamış (daxili nömrə 3503), həmin şəxs ona bildirmişdir ki, “mən tapşırmışam, 3 günə həll olmalı idi və bir də tapşıraram”. Həmin şəxsin dediyinə görə, Vergi Xidmətində Sahil müəllimə demişdir, bu məsələnin 3 saata həll olunacağını bildirmişlər. 3 saat sonra, yəni saat 4 və ya 5-ə işləmiş zəng etmişlər ki, probleminiz həll olub. O da Broker şirkətinə X5 verməsini bildirmiş və şirkət də bəyannaməni vermişdir. Bu cür vəziyyətin son günə qədər süni şəkildə saxlanılaraq problemin həllinin bilə-bilə yubadılmasını cərimənin yazılması üçün göstərilən səy kimi qiymətləndirir. Məhkəməyə təqdim etdikləri şəkillərdən də görünür ki, mal ölkəyə daxil olmayana qədər onlar nə qədər cəhd etsələr də, alınmamışdır. Hətta şəkillərdən də görünür ki, Şəxs MMC-nin VÖEN-i sistemdən çıxmır. Sifariş verilən zaman Gömrük Komitəsinin sifariş vermələri üçün onlara verdiyi kod onu göstərir ki, Şəxs MMC-nin öncə sistemdə VÖEN-i olmuşdur, lakin həmin kod sonradan silinmişdir. Hesab edir ki, onlar heç bir inzibati xəta pozuntusuna yol verməmişlər. Belə ki, 21 oktyabr 2021-ci il tarixdə Şəxs MMC-nin müraciətinə Vergi Xidmətindən gələn cavabda elektron sistemdə texniki problem olmadığı haqqında cavab verilmişdir. Buna görə də barələrində olan inzibati xəta haqqında hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixdə X2 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə müraciətindən görünür ki, təmsil etdiyi müəssisənin adı Dövlət Gömrük Komitəsinin baza məlumatlarında görünmədiyi üçün X7 tərtib edə bilmir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21 oktyabr 2021-ci il tarixli elektron məktubundan görünür ki, qeyd olunan texniki problem elektron sistemdə aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X4 mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC 13 oktyabr 2021-ci il tarixdə X4 verilməsi üçün “Mybroker” broker şirkəti ilə müqavilə bağlamışdır. Lakin Broker şirkəti X7 verə bilməmişdir. Buna səbəb Dövlət Gömrük Komitəsinin sistemində “VÖEN görünmür” xətası olmuşdur. 21 oktyabr 2021-ci il tarixdə X6 təmsil etdiyi müəssisənin adı Dövlət Gömrük Komitəsinin baza məlumatlarında görünmədiyi üçün X7 tərtib edə bilmədiyi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə müraciət etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21 oktyabr 2021-ci il tarixli elektron məktubuna əsasən qeyd olunan texniki problemin elektron sistemdə aşkar edilmədiyi qeyd edilmişdir. Daha sonra Şəxs MMC 27 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində ********* sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən Polşada fəaliyyət göstərən “OLPO GROUP SP Z.O.O” şirkətindən 33AAU782/33AGH378 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada X7 verməli olduğu halda, 24 oktyabr 2021-ci il tarixdə saat 13:47-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair **********7435 sorğu nömrəli X5 mallar gömrük ərazisinə gətirildikdən sonra 25 oktyabr 2021-ci il tarixdə saat 16:33-də gömrük orqanına elektron formada verməklə X5 malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl verməmişdir. Buna görə də Şəxs MMC-nin barəsində 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, Şəxs MMC tərəfindən mallar ölkə ərazisinə daxil olanadək X7 tərtib edilmişdir. X8 Komitəsinin sistemində “VÖEN görünmür “ xətasının olması səbəbindən X4 çatdırılması mümkün olmamışdır. Həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sistemində Şəxs MMC-nin VÖEN-nin olmaması halı aşkar edilməmişdir. Beləliklə, Dövlət Gömrük Komitəsi və yaxud İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sistemində həmin vaxtr mövcud olmuş texniki problem Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-22/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-22/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver