Məhkəmə qərarları › İş №3(003)-22/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-22/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-22/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0276/22 nömrəli, 04 noyabr 2022-ci il tarixli protokola əsasən Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1 bildirdi ki, Şəxs MMC **********8489 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu «002» - akkreditiv açılması yolu ilə qeyd olunmuşdur. Belə ki, Şəxs MMC (satıcı) ilə «Nozomi CO LTD» şirkəti (alıcı) arasında bağlanan 03 avqust 2021-ci il tarixli 006/C nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən «Alıcı» məhsulun dəyərinin 50 % sənədlərin elektron surətlərini təqdim etdikdən sonra, qalan 50 % məhsulu aldıqdan sonra ödənişini edir. Lakin Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac etdiyi malın müqabilində 5075 Avro məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində, yəni 20 iyun 2022-ci il tarixədək Azərbaycan Respublikasında müvəkkil olunmuş bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, həmin xarici valyuta vəsaitləri xaricdən qaytarmamışdır. Buna görə də, Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Sultanov aydın Əkrəm oğlu bildirdi ki, Şəxs MMC tərəfindən «Nozomi CO LTD» şirkətinə göndərilmiş mala görə pullar tam ödənilməmişdir. Pulların tam qaytarılması üçün məhkəmədən vaxt verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC tərəfindən törədilmiş inzibati xətanın etiraf olunması və ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş 5075 Avro dəyərində malların otuz faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 5075 (beş min yetmiş beş) Avro məbləğində malların 30 (otuz) faizi, 1522,50 avro məbləğində (qərarın icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla) cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar