Məhkəmə qərarları › İş №3(003)-22/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-22/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-22/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 08 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cũ il tarixli 5(006)-789/2024 nömrəli qərarına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat ldarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Şəxs qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə elektronika və digər malların hava nəqliyyatı vasitəsilə gömrük nəzarətindən yayınaraq keçirməklə realizə olunmaması faktına görə Şəxs Məmmadrıza oğluna aid olan ünvan 1 ünvanında yerlaşən "BLACK STORE" adlı ticarət obyektinə baxış kecirilmişdir. Baxış zamanı 07 (yeddi) ədəd “Samsung Galaxy S23 Ultra” markalı 256gb yaddaş tutumu olan mobil telefon, 04 (dörd) ədəd “DYSON AİRWAP complete long volumise” markalı HS05 modelli fen, 04 (dörd) ədəd “XİAOMİ PAD 6”markalı, gravity gray, 256gb yaddaş tutumuna malik planşet, 07 (yeddi) ədəd “Creatine Monohydrate” markalı qida əlavələri aşkar edilərək, protokol əsasında götürülmüşdür. İnzibati araşdırma zamanı məhkəmə-əmttəşünaslıq ekspertizası tıyin edilməklə təddqiqatların nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9/8524 nömrəli, 27 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2024-cü il tarixinə ümumilikdə orta bazar dəyəri təxminən 26,315 (iyirmi altı min üç yüz on beş) manat müəyyən edilir. Qeyd olunan rəyə əsasən X1 məxsus malların dəyəri 11,193 (on bir min yüz doxsan üç) manat təşkil edir. Göstərilənlərdən başqa şəxsdən qanunvericiliklə qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X6 protokolda göstərilənlərə uyğun çıxış edərək protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh verilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolla razı olmadığını, həqiqətən ona məxsus “Bkack Store” mağazasına baxış keçirilən zaman 07 ədəd Samsung qalaxy S23 Ultra markalı mobil telefonlar, 08 ədəd dyson markalı saçqurudan, 07 ədəd Xiomi Pad 6 markalı planşet və 13 ədəd Creatine Monihydrate markalı qida əlavələri aşkar edilərək götürüldüyünü bildirdi. Lakin, həmin malların ona aidiyyatı olmadığını, xarici ölkədə olduğu zaman dostu tərəfindən gətirilib mağazaya qoyulduğunu bildirərək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd “Samsung Galaxy S23 Ultra” markalı 256gb yaddaş tutumu olan olan mobil telefon, 04 (dörd) ədəd “DYSON AİRWAP complete long volumise” markalı HS05 modelli fen, 04 (dörd) ədəd “XİAOMİ PAD 6”markalı, gravity gray, 256gb yaddaş tutumuna malik planşet, 07 (yeddi) ədəd “Creatine Monohydrate” markalı qida əlavələri yeni vəziyyətdə olduğu və xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 26315,00 manat olduğu müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qərarına əsasən Şəxs Məmmədrza oğluna məxsus –ünvan 2 ünvanında yerləşən “Black Store mağazasında” ticarət obyektinə baxış keçirilməsi qərara alınmışdır.08 oktyabr 2024-cü il tarixli baxış keçirilmə və götürmə haqqında protokoldan görünür ki, ticarət obyektində, mağazanın giriş qapısından sol tərəfdə, mağazasının sol divarı boyu quraşdırılan vitrinin şüşəli orta gözündə "Galaxy S23 Ultra"markalı,**********31814/**********31816;**********14849/**********14841;**********1371 8/ **********13710;**********86756/**********86751;**********08742/**********08744;********** 87945/356305,600887940;**********32440/**********32442 İMEİ kodlu 7 ədəd qutusu ilə birlikdə mobil telefon, həmin vitrinin orta tərəfində aşağıdan ikinci açıq gözündən sol tərəfdəki gözdə 3 ədəd və sağ tərəfindəki gözdə 4 ədəd olmaqla 47780/04W301240; 47780/04W301196; 47780/04W301234; 47780/04W301244; 47780/04W301191; 47780/04W301232; 47780/04W301241 seriya nömrəli ümumilikdə 7 ədəd xiaomi Pad 6" markalı planşet, həmin vitrinin qarşısındadöşəməninüzərinə qoyulan 4 ədəd "dyson airwrap complete longvolumise" və 4 ədəd "dyson airwrap i.d.straight+wavy" markalı saçqurudan, mağazanın girişindən sağ tərəfdə quraşdırılan vitrininalt hissəsindəki açıq gözündə isə üzərindəCREATİNEMONOHYDRATE PHARMACEUTİCALGRADE 400 GRAMS" yazısı olan 13 ədəd qida əlavəsi olduğu aşkar edildi. Sübutların qiymətləndirilməsi haqqında 17 dekabr 2024-cü il tarixdə qərardan görünür ki, araşdırmanın hərtərəfli və obyektiv aparılması baxımından X7 barəsində materialın ayrıca icrata ayrılması, Azərbaycan Respublikası vətəndaşları Şəxs və X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam və kifayət qədər sübuta yetirildiyinə görə barələrindədə qeyd olunan maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati məsuliyyətə cəlb edilmələri, X4 8 ədəd "dyson" markalı fen, 7 ədəd "Xiaomi Pad 6" markalı planşet və 13 ədəd "Creatine Monohydrate" markalı qida əlavələrinin şəxsi istifadə məqsədi ilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi gömrük sərhədindən keçirilməsi barədə göstərdiyi xüsusatlar özünü müdafiə məqsədi daşıdığından sübut kimi qəbul edilməsi, Şəxs 7 ədəd "Samsung galaxy S23 Ultra" markalı mobil telefonları müxtəlif adamlar vasitəsilə şəxsi istifadə məqsədi ilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi gömrük sərhədindən keçirilməsi sübuta yetirildiyindən, onun göstərdiyi xüsusatlar gömrük ödənişlərinin ödənilməsindən azad olmaq, həmçinin özünü müdafiə xarakteri daşıdığından sübut kimi qəbul edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 185 (yüz səksən beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olan 11,193 (on bir min yüz doxsan üç) manat məbləğinin otuz faizi miqdarında, yəni 3357.9 (üç min üç yüz əlli yeddi manat doxsan qəpik) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar