Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-220/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, Bağ- 24 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 fevral 2022-ci il tarixli protokola əsasən Şəxs 01 yanvar 2022-ci il tarixdə X4 məxsus Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən evinə girərək 60 metr elektrik naqilini və elektrik tənzimləyicini oğurlayaraq X4 90 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı X1 tərəfindən 11 yanvar 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 fevral 2022-ci il tarixli protokola əsasən Şəxs 12 yanvar 2022-ci il tarixdə X5 məxsus Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən evinə pencərədən girərək oradan 1 ədəd drel və elektrik naqillərini oğurlayaraq X5 100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyev tərəfindən 22 yanvar 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 4-5 il olar ki, narkotik vasitə olan heroindən gündə 2-3 dəfə olmaqla hər gün istifadə edir. O, 2008-ci ildə Azərbycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Narkotik almağa pul lazım olduğuna görə həmin oğurluq əməllərini törətmişdir. X2 evindən oğurladığı əşyaları tanımadığı şəxsə 20 manata, X3 evindən oğurladığı əşyaları isə təxminən 40 manata satmış, əldə etdiyi pulu isə narkotikə xərcləmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Xəzər rayon 1-ci polis şöbəsinə gətirilmişdir. Zərər çəkmiş şəxslərin ziyanı ödənilməmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 01 yanvar 2022-ci il tarixdə X4 məxsus Xəzər rayonu, Xaşa- Xuna bağ massivində yerləşən evinə girərək oradan cəmi 90 manat dəyərində olan 60 metr elektrik naqilini və elektrik tənzimləyicini oğurlamışdır. Bundan başqa o, 12 yanvar 2022-ci il tarixdə X5 məxsus Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən evinə pencərədən daxil olaraq oradan 50 manat dəyərində 1 ədəd drel və 50 manat dəyərində elektrik naqillərini oğurlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyevin 11 yanvar 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 01 yanvar 2022-ci il tarixdə X4 məxsus Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən evindən cəmi 90 manat dəyərində olan 60 metr elektrik naqili və elektrik tənzimləyici oğurlanmışdır. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Z.Nağıyevə məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən bağ evindən oğurluq edən şəxs(lər) müəyyən olunduqda barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyevin 22 yanvar 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 12 yanvar 2022-ci il tarixdə X5 məxsus Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən evinə pencərədən daxil olaraq oradan 50 manat dəyərində 1 ədəd drel və 50 manat dəyərində elektrik naqilləri oğurlanmışdır. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, F.M.Hacıyevə məxsus evdən drel və elektrik naqilini oğurlamış şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməli, 4-5 ildir ki, narkotik vasitə olan heroindən gündə 2-3 dəfə olmaqla hər gün istifadə etməsini nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 08 fevral 2022ci il tarixdə saat 22:00 radələrində Xaşa-Xuna qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə gətirilmişdir. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 08 fevral 2022-ci il saat 22:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-220/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-220/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver