Məhkəmə qərarları › İş №3(003)-2206/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2206/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2206/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X9 X2 Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, barəsində inzibati qaydada icraat aparılan şəxs və zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Lexus” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində göstərilən maddə ilə inzibati təsir tədbirlərin görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X13 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində sürücü X3 idarə etdiyi “Lexus” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi zamanı baş yola daxil olan vaxt, baş yolda sol tərəfdən yüksək sürətlə hərəkət edən “Hyundai” olduğunu bildiyi avtomobili görüb özünü itirib idarə etdiyi avtomobili tam saxlayandan sonra baş yolda hərəkət edən “Hyundai” markalı avtomobilin qabaq tərəfi onun tam dayanmış vəziyyətə olan “Lexus” markalı avtomobilin sol yan tərəfinə çırpılmışdır. Yol nəqliyyat hadisəsi törətmiş “Lexus” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğunsuzluq olmuşdur, belə ki, sürücü X1 tələblərini pozmaqla, yəni lüzum olmadan və icazə verilməyən yerdə avtomobili saxlamaqla digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmışdır və nəticədə eyni istiqamətdə hərəkət edən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyı “Hyundai” markalı, 99-UВ-719 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 bədən xəsarətləri almışlar. -Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X8 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1289 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1289 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan boynun yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1299 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gicgah nahiyyəsinin əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun "X7" X11 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1307 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs5 Akf qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər- təpə nahiyyəsinin əzilmiş yarası, bel nahiyyəsinin qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X10" X11 müraiətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1308 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol dizin, sağ aşıq-daban oynağının qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin və sağ aşıq-daban oynağının yumşaq toxumalarının əzilməsi aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (asyalar) təsirindən onun "X10" Publik Hüquqi” Şəxsə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində X2 təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da X6, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar