Məhkəmə qərarları › İş №3(003)-2207/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2207/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2207/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X3 iştirakı ilə X3 Bakı şəhəri BPİ-nin X8 İdarəsinin 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri BPİ-nin X8 İdarəsinin 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin (Yol Patrul Xidməti İnspektoru Polis serjantı X2) tərtib etdiyi 08 iyul 2024-cü il tarixli İXP ******* nömrəli "Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında" protokolu və 08 iyul 2024-cü il tarixli TP ******* nömrəli "Yol hərəkət qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və buqaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında" qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhər X8 İdarəsinin tərtib etdiyi 08 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və 08 iyul 2024-cü il tarixli TP ******* nömrəli "İnzibati tənbeh verma haqqında" qəbul edilmiş həmin qərarı ilə razı deyil. 11 oktyabr 2024-cü il tarixdə ona məlum oldu ki, Bakı şəhər X8 İdarəsinin (Yol Patrul Xidməti İnspektoru Polis serjantı X2) tərtib etdiyi 08 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və 08 iyul 2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əldə edərkən ona məlum oldu ki, o, inzibati xəta haqqında protokolunda və 08 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd olunmuşdur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilsin. Bakı şəhər X8 İdarəsinin tərtib etdiyi 08 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və 08 iyul 2024-cü il tarixli TP ******* nömrəli "İnzibati tənbeh verma haqqında" qəbul edilmiş həmin qərarı ilə razılaşmır, bu halı qərəzli hesab edir. Bu şikayətinə baxan Məhkəmə tərəfindən Bakı şəhər X8 İdarəsinin (Yol Patrul Xidməti İnspektoru Polis serjantı X2) tərtib etdiyi 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və 08 iyul 2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında" qərarının qəbul edilməsinə əsas olmuş, yəni onun həmin inzibati yol hərəkəti qaydalarını pozduğunu təsdiq edən sübut tələb edilməlidir. 07 iyul 2024-cu il tarixdə saat 00:00 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətdə hərəkətdə olmuş, lakin inspektorun 08 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunda iddia etdiyi xx.xx.2024-ci il tarixində, saat 00:00-da (da), Bakı. Əfəndiyev (Buzovna), 35. GPS: 40.50982xx.xx.1018414 ərazidə KİA NİRO (HİBRİD) MİNİK markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən heç bir qaydanı pozmamışdır. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, prokotol əsassız olaraq tərtib edilmişdir. O, yolun sağ zolağı ilə hərəkət edərək sağa dönmüşdür. Onun ünvanına heç bir bildiriş və qərar gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhər X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər X8 İdarəsinin 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 İXM-nin 327.1-cı maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X8 İdarəsinin 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər BPİ X8 İdarəsinin 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilməklə X4 inzibati məsuliyyətdən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar