Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2208/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nın sahə inspektoru, polis baş leytenantı X4 iştirakları ilə, xx.xx.1989-cu ildə Qazax rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş 15 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis əməkdaşlarına tabesizlik göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, içkili vəziyyətdə olmuşdur və həmin vaxt onun əli kəsilmişdir. O, yol post patrul xidmətinə yaxınlaşıb, ona köməklik göstərilməsini xahiş etmişdir və onu həkimə aparmışlar və ilk yardımı göstərmişlər. Daha sonra isə onu Məştağa qəsəbəsinə apardılar və içkili olub olmadığını yoxladılar. O, söyüş söyməyib. Beləliklə, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nın sahə inspektoru, polis baş leytenantı X8 02 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, axşam saatlarında anası DİN 102 xidmətindən məlumat daxil oldu ki, Xəzər rayonu,Buzovna qəsəbəsi,Dəmiryol küçəsi 2də yaşayan X2 zəng edərək, hal hazırda oğlu Şəxs onu narahat etməsi və bıçaqla hədələməsini bildirdi. Həmin zaman polis əməkdaşları çağırışa əsasən gəlmiş, yolda həmin şəxsin sol əlinin kəsilməsini aşkar etmişlər, belə ki, o içkili halda öz evinin pəncərəsini sındırmışdır.Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun ailəsini çox uzun müddətdir tanıyır. Çox problemli ailədirlər. Bölmədə tez-tez olurlar. Hazırki işlə bağlı bildirdi ki, anası 102 xidmətinə məlumat vermişdir ki, evin əşyalarını sındırır, içkili vəziyyətdə olub, gedib onu bölməyə gətirən zaman həm yolda həm də bölmədə söyüşlər söyərək ictimai asaişi pozub, polisin qanuni tələbinə tabe olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daima ictimai asayişi pozub. Bölmədə tez-tez olur. Hazırki işlə bağlı bildirdi ki, içkili vəziyyətdə olub, söyüşlər söyərək həm vətəndaşların narazıçılığına həm də polis əməkdaşlarının iş rejiminə maneçilik törədib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:46 radələrində DİN 102 xidmətindən məlumat daxil oldu ki, Xəzər rayonu,Buzovna qəsəbəsi,Dəmiryol küçəsi 2-də yaşayan X2 zəng edərək, hal hazırda oğlu Şəxs onu narahat etməsi və bıçaqla hədələməsini bildirmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı nzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatını, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərildiyi kimi Şəxs polisin qanuni tələblərini qəsdən pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşman olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli «14» noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2208/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2208/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver