Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2210/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X8 X1 baş hüquqşünası X2 iştirakı ilə, X3 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 19 aprel 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, X8 X1 MN-1119015 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qanunsuz, əsassız, ədalətsiz, qərəzli və ciddi qanun pozuntuları ilə tərtib edildiyindən qərar məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd etmişdir ki, o, ailəsini dolandırmaq üçün qanuni formada daş karxanası açmaq istəyirmiş. Bununla əlaqədar bir neçə aidiyyatı orqanlara müraciət etsə də, iş, sənədlərin toplanması yubanmırdı. Paralel olaraq yüzlərlə karxananın yerləşdiyi kiçik bir sahədə hazırlıq aparmaq istəyirmiş. Buna görə həmin sahədə təmizlik işləri görmüşdür. DMXEİA-nın əməkdaşı həmin sahəyə gələrək ona irad bildirmiş, qanuni sənədlər olmadan heç bir görməməyi tövsiyyə etmişdir. X6 başlamaq istədiyi işi dayandıraraq, sənədləri hazırlamağa, almağa davam etmişdir. Agentliyin qəbul etdiyi qərarlardan onun heç bir məlumatı olmamışdır. Bir müddət sonra isə Azər adlı əməkdaş ona zəng edərək onun 600 manat məbləğində cərimə olunduğunu bildirmişdir. Ağayev İsrafil isə buna etiraz etmişdir. Bir müddət sonra isə icraçı ona zəng edərək heç bir sənəd təqdim etmədən 600 (altı) yüz manat pul ödəməyi, əks halda onun həbs ediləcəyini əmlakının müsadirə olunacağını bildirmişdir. Ağayev İsrafil məcburiyyət qarşısında borc-xərc edərək həmin 600 manatı hissə-hissə ödəmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçi X4 məlumat göndərilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayətçi X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında DMXEİA-nın baş hüquqşünası X5 bildirdi ki, o, şikayətlə razı deyil. Belə ki, X6 28 fevral 2022-ci ildən qərarın tərtib edildiyi 19 aprel 2022-ci il tarixə qədər Xəzər rayonu Türkan əhəngdaşı yatağında icazə sənədi olmadan faydalı qazıntı çıxarmışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə Agentliyin Monitorinq və Nəzarət şöbəsinin aparıcı mütəxəssisi X7 tərəfindən 000686 nömrəli akt tərtib olunmuşdur. Eyni zamanda barəsində inzibati tənbeh vermə haqqında MN-1119015 nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Şikayət ərizəsini araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş MN-1119015 nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinmiş və 600 ( altı yüz) manat məbləğində cərimə edilmişdir . İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 000686 nömrəli aktdan görünür ki, qeyd edilən tarixdə Xəzər rayonu Türkan əhəngdaşı yatağına baxış keçirilən zaman qanunsuz olaraq özbaşına hasilat işlərinin aparıldığı müşahidə edilmişdir. İstismar işləri aparılan sahədə 1 ədəd üzərində dövlət qeydiyyat nişanı olmayan DOOSAN markalı ekskavator texnikası ilə torpaq material, 2 ədəd **-CF-*** və **-CL-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomobilə yüklənərək daşınması müşahidə edilmişdir. İstismar işləri aparılmış sahənin yaxınlığında 1 ədəd dövlət qeydiyyat nişanı **-XA-*** olan Toyota Prius markalı minik avtomobili və 1 ədəd daşkəsən kombayn müşahidə edilmişdir. İstismar işləri aparılmış sahədə özünü məsul şəxs kimi təqdim edən X6 və Zaur adlı şəxs rəsmi sənədlərinin olduğunu bildirsə də, heç bir sənəd təqdim etməmişlər. Araşdırma zamanı Agentliyin arxiv sənədləri içərisində də yer təkindən müvafiq icazə sənədi – “Dağ-mədən ayırma aktı “ müəyyən olunmadı. İstismar işləri aparılmış 3 ayrı sahə müəyyən edildi. 1-ci sahə 5297 kv.m istismar dərinliyi 2.2 m olmaqla, 11653 kub metr həcmində istismar işləri aparılmışdır. 2-ci sahə 2389 kv.m. sahədə orta istismar dərinliyi 0.8 metr olmaqla 1911 kub metr həcmində, 3-cü sahə 19652 kv.m orta istismar dərinliyi 0.8 metr olmaqla 15721 kub metr həcmində əhəngdaşı hasilatı aparılmışdır. İş materiallarına əlavə olunmuş MN- ******* nömrəli, 14 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunur. Məhkəmə qeyd edir ki, MN-1119015 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X3 həmin qərardan verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115-117, 128- 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-2210/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2210/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver