Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2211/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3, Zərərçəkmiş şəxs iştirakı ilə, "xxxx" MMC-nin barəsində Bakı şəhəri Xəzər rayon prokrorluğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Xəzər rayon prokurorluğu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, eyni zamanda işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi inzibati xətasının törədilməsinə görə İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 520.5-ci maddəsinə əsasən məhkum X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs göstərdi ki, onunla "xxxx" MMC arasında (VÖEN **********) əsasında bağlanmış KF-SA-2023-014 nömrəli xidməti müqavilə ilə 28 aprel 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək həmin MMC-də rastabout təmizləyici (ümumi işçi) olaraq fəaliyyət göstərmişdir, lakin onunla "xxxx" MMC arasında rəsmi əmək müqaviləsi bağlanmamışdır. "xxxx" platformasındakı onun iş fəaliyyətinə montajçı Elman adlı şəxs nəzarət etmişdir. Ona görəcəyi işlər barədə təlimatları Elman adlı şəxs vermişdir. İşə qəbul olunarkən ona rasta bout (ümumi işçi) kimi fəaliyyət göstərəcəyi deyilsə də, xəsarət almasına səbəb olan elektrkli dəmir kəsən vasitənin işlədilmə qaydaları haqqında hər hansı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə təlimat verilməmiş, hər gün səhərlər guya təlimatları almaqları barədə müvafiq jurnallar onlara imzalatdırılmışdır. "xxxx" platformasında işlədiyi zaman xüsusi iş geyimində işləmişdir. MMC günlük olaraq ona 107 manat məbləğində, ümumilkdə aylıq 1.900 ABŞ dolları məbləğində əmək haqqı ödəməli olmuşdur. 15 iyun 2023-cü il tarixdə səhər saat 10-da "xxxx" platformasında borunu yağ və boyadan elektrikli dəmirkəsən vasitə ilə cilalayıb təmizləyən zaman dəmirkəsən vasitə sol ayağının dizdən aşağı nahiyəsinə dəymiş və ayağı kəsilmişdir. Həmin vaxt yanında olan iş yoldaşları Hafiz Ağarəhimov və Səyyaf Rəsulov ilk tibbi yardım göstərmək niyyəti ilə onun ayağını sarıyaraq onu platformadakı tibbi məntəqəyə aparmışlar. Həmin tibbi məntəqədə ilkin tibbi yardım vasitələrinin belə olmadığı aşkara çıxmış, olan vasitələrin də istifadə müddəti bitmişdir. Həmin vaxt onunla birlikdə çalışan işçilərin evdən özləri ilə ehtiyat kimi gətirdikləri periks məhlulu ilə ayağının yarasını yuyub bintlə sarımışlar. Dərhal baş verən hadisə barədə MMC rəhbərliyinə məlumat vermişdir. Buna baxmayaraq, 3 gün müddətində "xxxx" platformasında köməksiz vəziyyətdə qalmışdır. Nəhayət, 18 iyun 2023-cü il tarixdə səhər saatlarında şirkətə məxsus gəmi ilə onu, iş yoldaşları Hafiz Ağarəhimovu və X9 qəsəbəsinə gətirmişlər. Hafiz Ağarəhimov və Səyyaf Rəsulov da artıq işləmək istəmədiklərini şirkətə bildirmişlər. Platformada olduqları 37 gün ərzində şirkət onlarla xidməti müqavilə bağlayan zaman görməli olduqları işlərdən əlavə işləri də onlara gördürmüş, yəni onlar ümumi işçi olsalar da, xüsusilə ağır şərait işləri də onlara həvalə olunmuşdur. Evə gəldikdən sonra 19 iyun 2023-cü il tarixdə DTX hospitalına müraciət etmişdir. Orada ona xəstəlik tarixi açılmış və o, həmin hospitalda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər müalicə almışdır. Daha sonra müalicə alması barədə tibbi arayışı "xxxx" MMC-yə aparmışdır ki, müəyyən xərclər və işləmədiyi günlərin əmək haqqını ala bilsin. Lakin MMC-nin İnsan resursları şöbəsinin əməkdaşı Xalidə xanım ona bildirmişdir ki, əmək müqaviləsi olmadığına görə ona hər hansı məbləğdə təzminat, əmək haqqı və s. ödənilə bilməz. O, xəsarət aldıqdan sonra MMC tərəfindən onunla bağladığı xidməti müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Lakin işlədiyi 37 gün müddətin əmək haqqı ona tam şəkildə ödənilmişdir. "xxxx" platformasında işlədiyi günlərin görüntülərini, o cümlədən xəsarət aldıqdan sonra platformanın tibbi məntəqəsinə müraciəti özündə əks etdirən görüntüləri özündə əks etdirən videogörüntülərin, o cümlədən MMC rəhbərliyi ilə telefon danışıq səslərinin əks olunduğu audioyazıları disk formasında izahatına əlavə olaraq araşdırmaya təqdim etdiyini, bundan əlavə, onu MMC-də işə qəbul edən İnsan resursları şöbəsinin əməkdaşı Xalidə xanımın (mob:***-***-**-**; ünvan: "İsr Plaza" 9-cu mərtəbə) əlaqə vasitələrini və iş ünvanını da araşdırmaya taqdim etdiyini bildirmişdir. xx.xx.2023-ci il tarixdə saat 20:07-də o, DİN-in "102" xidmətinə zəng vuraraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi istiqamətində Xəzər dənizində, "xxxx" platformasında işlədiyi zaman elektrikli dəmirkəsən vasitə ilə ayağından xəsarət alması və həmin yerdə müqaviləsiz işləməsi barədə məlumat vermişdir. Hazırda işsiz qalmışdır. Bütün bunların nəzərə alınaraq hazırkı iş üzrə ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 göstərmişdir ki, Zərərçəkmiş şəxslə "xxxx" MMC arasında (VÖEN **********) əsasında bağlanmış KF-SA-2023-014 nömrəli xidməti müqavilə ilə 28 aprel 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək həmin MMCdə rastabout təmizləyici (ümumi işləri görülməsi) olaraq fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. MMC işlədiyi hər saat üçün ona 10 manat 20 qəpik məbləğində xidmət haqqı ödəməli olmuşdur. 15 iyun 2023-cü il tarixdə səhər saatlarında "xxxx" platformasında borunu yağ və boyadan ağzı şotkalı laqunda vasitə ilə təmizləyən zaman həmin alət Zərərçəkmiş şəxs sol ayağının dizdən aşağı nahiyəsinə dəymiş və ayağından sıyrıq xəsarəti almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı akt tərtib olunmuş və həmin akt Zərərçəkmiş şəxs özü tərəfindən də imzalanmış, Zərərçəkmiş şəxs platformanın tibbi məntəqəsində ilkin tibbi yardım göstərilmişdir. Baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs işləməyə davam etdirmək istədiyini bildirsə də, layihə rəhbəri işini dayandırmasını və sahilə geri qayıtması ilə bağlı 18 iyun 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs gəmi ilə sahilə geri qayıtmışdır. Daha sonra işləməyə davam etmək istədiyini bildirsə də, proyekt rəhbəri gördüyü işləri dayandırmasını və sahilə geri qayıtmasına göstəriş vermişdir. Şirkət Zərərçəkmiş şəxs təklif etdiyi “Türk-Amerikan” Tibb Mərkəzinə müraciət etməkdən imtina etmiş və sonradan Zərərçəkmiş şəxs DTX hospitalına müraciət etmişdir. Orada həkim ona yarasının sağalması üçün müalicə yazmış və evinə göndərmişdir. Həkim qəbuluna yazılışı, həkimin təyin etdiyi müalicə dərmanlarının reseptini, o cümlədən alınmş dərmanların çekini onlara təqdim etmiş, çəkdiyi xərclər şirkət tərəfindən geri ödənmişdir. Daha sonra Zərərçəkmiş şəxs həkim qəbzini "xxxx" MMC-nə təqdim etmiş, həmin xərclər Şirkət tərəfindən qarşılanmışdır. Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra MMC-yə artıq işləmək istəmədiyini bildirmiş, onunla bağladığı xidməti müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Daha sonra yenidən şirkətə xidmət göstərmək istəsə də, layihə bitmək üzrə olduğundan xidmət müqaviləsi bağlamaqdan imtina edilmişdir. Lakin işlədiyi ümumi 37 gün müddətin xidmət haqqı Zərərçəkmiş şəxs tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs "xxxx" platformasında işlədiyi dövrdə əməyin mühafizəsi, eləcə də texniki təhlükəsizlik qaydaları ilə tanış edilməsi, eləcə də onun həmin qaydalarla tanış edilməsi ilə bağlı müvafiq qeydiyyat jurnalları mövcuddur, Zərərçəkmiş şəxs həmin jurnalları imzalamışdır. Həmin jurnallar araşdırmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs onlara 3-cü tərəf olaraq müştəriyə göstərdikləri xidmətdə iştirak etmişdir. Bu səbəbdən əmək və texniki-təhlükəsizlik qaydalarında birbaşa özü cavabdeh olmuşdur. Ümumiyyətlə MMC-də işçilərlə bağlı SƏTƏM işlərinə Azad Rzayev rəhbərlik etmişdir. Zərərçəkmiş şəxs "xxxx" platformasında işlədiyi dövrdə xüsusi iş geyimində işləmişdir. Zərərçəkmiş şəxs SV təqdim edərək orada göstərmişdir ki, bu işi yüksək səviyyədə görmüşdür. Ona dəmirkəsən alıt verilməmişdir, o, alətlə, şotka ilə xəsarət yetirmişdir. Bu işdə "xxxx" MMC-nin günahı yoxdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş 10 avqust 2023-cü il tarixli qərara əsasən vətəndaş Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti aldığından həmin faktda Azərbaycan Respublikası CM-nin 162.1 maddəsinin tərkibi yaranmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-də rastabout təmizləyici (ümumi işçi) işləyən Zərərçəkmiş şəxs iş vaxtı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti alması faktında Azərbaycan Respublikası İXM-nin 198-ci maddəsində nəzərdə tutulan əməyin mühafizəsi qaydalarının pozulması müəyyən edildiyindən, qəbul edilmiş qərarın surəti "xxxx" MMC-nin vəzifəli şəxslərinin barəsində inzibati təsir tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X4” PHŞ-nin Xəzər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 758 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol baldırın kəsilmiş yarası kəsici-mişarlayıcı təsirə malik əşya (alət(ola bilsin elektrik mişarı-laqonda)) təsirindən törənmiş, törənmə müddəti onun Azərbaycan Respublikası DTX-nin Hərbi-Tibb Baş İdarəsinə müraciətindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5534 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs elektrik al maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan işçinin həmin avadanlıqlardan istifadə etməklə cilalama işlərinin görülməsinə cəlb edilməsi, hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 12-ci bəndinin və "Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri" 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. "xxxx" MMC-də rastabout təmizləyici (ümumi işçi) kimi işə qəbul edilmiş elektrik al maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan Zərərçəkmiş şəxs vəzifəsinə aid olmayan işlərin görülməsinə cəlb edildiyinə görə, "Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 12-ci bəndinin və "Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxslər araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş Zərərçəkmiş şəxs özü tərəfindən təhlükəsizlik-texnikası, əməyin mühafizəsi qaydalarının və eləcə də təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (yüz) manat təşkil edir. Toplanmış materialdan göründüyü kimi "xxxx" MMC-də rastabout təmizləyici (ümumi işçi) vəzifəsində işləyən Zərərçəkmiş şəxs vəzifəsinə aid olmayan işlərin görülməsinə cəlb edildiyinə görə, "Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 12-ci bəndinin və "Elektrik al maşınları. Ümumi təhlükəsizlik tələbləri" 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs(lər) tərəfindən pozulmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs özü tərəfindən təhlükəsizlik-texnikası, əməyin mühafizəsi qaydalarının və eləcə də təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Beləliklə də, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki "xxxx" platformasında "xxxx" MMC-də rastabout təmizləyici (ümumi işçi) işləyən Zərərçəkmiş şəxs platformada elektrik dəmirkəsən vasitə ilə dəmir borunun səthini boyadan təmizləyərkən ehtiyatsızlığı üzündən ayağını zədələyərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran sol baldırın kəsilmiş yarası bədən xəsarəti almışdır. Azərbaycan Respublikası CM-nin 162.1 maddəsindən görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC-nin İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə "xxxx" MMC-nə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat təşkil edir Məhkəmə hesab edir ki, 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və İXM-in 18.5, 25, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2211/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2211/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver