Məhkəmə qərarları › İş №3(003)-2219/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2219/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2219/2024 18.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Pərviz Aslanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar massivində yerləşən fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 18 noyabr 2024-cü il tarixdə YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qəsdən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Pərviz Aslanov tərəfindən 18 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Pərviz Aslanov tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 18 noyabr 2024-cü il tarixdə YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qəsdən polis əməkdaşlarına tabesizlik göstərmişdir. xx.xx.2024-cü il tarixdə,saat 23:30 radələrində Aereport yolu istiqaətində hərəkətdə olarkən VAZ 2107 markalı, ** GS *** d.n.n avtomobil manevr qaydalarını pozduğu üçün saxlanılmış, sürücü Şəxs oğluna bu barədə və avtomobildə konstruksiya dəyişikliyi etdiyinə görə avtomobili duracağa təmin edilməsi tələb olunmuşdur. Sürücü duracağa çatanda, girişdə avtomobili saxlayaraq tabesizlik göstərmiş, polisə hədə-qorxu gəlmiş, avtomobildə olan qadınla birlikdə onları nalayiq söyüşlərlə təhqir etmiş, onları dəfələrlə nizam intizama dəvət etmələrinə və qanuni tələblərini yerinə yetirməyə dəvət etmələrinə baxmayaraq sürücü Şəxs üzərində gəzdirdiyi lezva ilə qollarını kəsməyə başlamış, həmin kəsici əşyanı əlindən alaraq köməyə gələn ÇPA-nın əmakdaşları ilə onları sakitliyə dəvət etmələrinə baxmayaraq polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiklərini, məhəl qoymadıqlarını, hərəkətləri ilə hörmətsizlik nümayiş etdirmişlər. Ona görə də, Şəxs oğlunu və X2 barəsində qanuni tədbir görülməsi üçün polis şöbəsinə gətirmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə qeyri-rəsmi yaşadığı X3 ilə birlikdə idarə etdiyi “VAZ 2107” minik markalı avtomobili ilə Heydər Əliyev prospekti ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi istiqamətinə gedərkən “Socar” YDM-nin içərisində YPX-nin əməkdaşları onu saxlayaraq yolda xətti tapdaladığına görə cərimə yazacaqlarını bildirmişlər. O, onlara qayda pozmadığını bildirmiş, sübutu və ya video görüntüsü varsa təqdim edilməsini istəmişdir. Lakin, YPX-nin əməkdaşları ona bildirmişlər ki, onların avtomobilinin arxasınca sürsün. O, qeyri-rəsmi yaşadığı İlahəyə Həziyeva ilə birlikdə avtomobilini onların ardınca YPŞ-nin cərimə duracağının qarşısına kimi gəlmişdir. Onlar avtomobili cərimə meydançasına aparmaq istəyərkən ailəsinin maşında olduğunu, gecə vaxtı qadını necə aparacağını irad kimi bildirmişdir. Bu zaman polislər maşını ondan zorla götürmək istəmişlər. Eyni zamanda yoldaşını zorla maşından düşürtmək istəmişlər. Bu zaman yoldaşı polisləri təhqir etmişlər. Bundan sonra o, da əsəbləşərək öz əllərini kəsmişdir. Daha sonra polislər avtomobilini yük maşınına qoşqu edərək cərimə meydançasına aparmışlar. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, Şəxs 18 noyabr 2024-cü il tarixdə YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qəsdən polis əməkdaşlarına tabesizlik göstərmişdir. xx.xx.2024-cü il tarixdə,saat 23:30 radələrində Aereport yolu istiqaətində hərəkətdə olarkən VAZ 2107 markalı, ** GS *** dövlət qeydiyyat nömrəli avtomobil manevr qaydalarını pozduğu üçün tərəfindən saxlanılmışdır. Sürücü Şəxs oğluna bu barədə və avtomobildə konstruksiya dəyişikliyi etdiyinə görə avtomobili duracağa təmin edilməsi tələb olunmuşdur. İlk öncə sürücü etiraz etməyərək öz avtomobilini sürərək onların arxasınca duracağa kimi gəlmişdir. Duracağın girişində avtomobili saxlayaraq tabesizlik göstərmiş, polisə hədə-qorxu gəlmişdir. Avtomobildə olan qadın onları nalayiq söyüşlərlə təhqir etmişdir. Onları dəfələrlə nizam intizama dəvət etmələrinə və qanuni tələblərini yerinə yetirməyə dəvət etmələrinə baxmayaraq sürücü Şəxs üzərində gəzdirdiyi lezva ilə qollarını kəsməyə başlamış, həmin kəsici əşyanı əlindən alaraq köməyə gələn ÇPA-nın əməkdaşları ilə onları sakitliyə dəvət etmələrinə baxmayaraq polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-cu maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar