Məhkəmə qərarları › İş №3(003)-2223/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2223/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2223/2024 18.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nın sahə inspektoru, polis kapitanı X2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Füzuli rayonu, Mirzəcamallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş 18 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis əməkdaşlarına tabesizlik göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, protokolla razı deyil. O, əri ilə birgə Günəşli qəsəbəsindən qayıdırdılar, yanacaqdoldurma məntəqəsinə daxil olan zaman, dövlət yol polis şöbəsinə məxsus avtomobil sürücüsü işarə edərək, onların avtomobilinin saxlanmasını tələb etmişdir. Polis əməkdaşları onun yoldaşına bildirdilər ki, o yol hərəkət qaydalarını pozduğunu və avtomobilin konstruksiyasının dəyişdirildiyini bildirdi və avtomobili dayanacağa aparmalı olduqlarını qeyd etdilər. Yoldaşı maşından düşdü və polis əməkdaşları ilə arasında mübahisə başladı. Həmin vaxt yoldaşı naməlum səbəbdən özünə xəsarət yetirməyə başladı. Bu vaxt o da maşından düşdü telefonla çəkiliş aparmaq üçün, qışqır-bağır salmağa başladı, lakin söyüş və nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşları telefonu onun əlindən aldı, gözünə gözyaşardıcı sprey vurdular. Beləliklə o, evdə 5 övladının olduğunu, bir övladının gözdən əlil olduğunu qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nın sahə inspektoru, polis kapitanı X4 xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN, Bakı şəhəri BPİ-nin BDYPA-nin YPX-nin baş inspektoru polis baş leytenantı Kamran Nəcəfov və inspektor, polis serjantı Vüqar Osmanlı raportla Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edərək bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Aeroport yolu istiqamətində hərəkətdə olarkən VAZ 2107 markalı, ** GS *** d.n.n avtomobil manevr qaydalarını pozduğu üçün saxlanılmış, sürücü X3 bu barədə və avtomobildə konstruksiya dəyişikliyi etdiyinə görə avtomobili duracağa təmin edilməsi “ tələb olunmuşdur. Sürücü duracağa çatanda, girişdə avtomobili saxlayaraq tabesizlik göstərmiş, polisə hədə-qorxu gəlmiş, avtomobildə olan qadınla birlikdə onları nalayiq söyüşlərlə təhqir : etmiş onları dəfələrlə nizam intizama dəvət etmələrinə və qanuni tələblərini yerinə yetirməyə dəvət, etmələrinə baxmayaraq sürücü Z.Fudayev üzərində gəzdirdiyi lezva ilə qollarını kəsməyə başlamış, həmin kəsici əşyanı əlindən alaraq köməyə gələn ÇPA-nın əmakdaşları ilə onları sakitliyə dəvət etmələrinə baxmayaraq polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiklərini, məhəl qoymadıqlarını, hərəkətləri ilə hörmətsizlik nümayiş etdirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş 18 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, X5 və X1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı nzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatını, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 18 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərildiyi kimi Şəxs polisin qanuni tələblərini qəsdən pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşman olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200,0 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar