Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2223/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon DYPŞ-nin 3cü Bölməsinin əməkdaşı polis kapitanı Zaur Babayevin tərtib etdiyi 01 avqust 2025ci il tarixli MN seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon DYPŞ-nin 3-cü Bölməsinin əməkdaşı polis kapitanı Zaur Babayevin tərtib etdiyi 01 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində xx.xx.2025-ci il tarixində Xəzər rayonu, 3 saylı Polis Bölməsinin əməkdaşı, polis kapitanı Zaur Babayev tərəfindən inzibati protokol tərtib edilmişdir. Guya o, əraziyə tullantı atmışdır. Halbuki faktiki olaraq o, yalnız ağac budaqlarını zibil qabının içinə yerləşdirmişdir, yerə heç bir tullantı atmamışdır. Bu barədə video görüntülər polis kapitani Zaur Babayevdə var. Bölmədə yazdığı izahatda qeyd etmişdir ki, zibil qabına daxil etdiyini, barəsində tərtib olunmuş protokol qərəzli və əsassızdır. Onun hərəkəti İnzibati Xətalar Məcəlləsinin ziddinə uyğun gəlmir. Əksinə zibil qabından istifadə etməsi tam qanuna uyğundur. Barəsində tərtib olunmuş bu protokol qərəzli və əsassızdır. Mənim hərəkətim İnzibati Xətalar Məcəlləsinin ziddinə uyğun gəlmir. Əksinə, zibil qabından istifadə etməyim qanuna tam uyğundur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 izahatında bildirmişdir ki, dəfələrlə səlahiyyətli orqana müraciət etmiş olsada onun barəsində tərtib edilmiş protokol və qərarı əldə edə bilməmişdir.Bu səbəbdən şikayətinə qərarı əlavə edə bilməmişdir. Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Təqdim edilmiş sənədlərdən görünür ki, X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və ya qərarı ərizəsinə əlavə etməmişdir. Məhkəmə inzibati xəta materiallarını araşdırıb, belə qənaətə gəlir ki, X3 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə etmədiyindən, verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, şikayətçi barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə olunmadığından aidiyyət məsələsini həll etmək mümkün olmamışdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 barəsində qəbul edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2223/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2223/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver