Məhkəmə qərarları › İş №3(003)-2224/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2224/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2224/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, Borclu Şəxs, X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs X1 xeyrinə iki uşağın saxlanılması üçün cəmi 400 manat manat məbləğində vəsait ödənilməlidir. Həmin icra vərəqəsinə əsasən Şəxs tələbkara borcu olmasa da, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına görə Şəxs X1 xeyrinə iki uşağın saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli məbləğində aliment tutulması qərara alınmışdır. Məhz bu artımlar nəzərə alınmaqla Şəxs aliment üzrə 3.276 manat borcu yaranmışdır. Həmin borcdan 1.700 manat ödənilmiş, lakin qalan hissəsi ödənilməmişdir. Qeyd edilən borcun ödənilməsi X7 tərəfindən tələb edilsə də, Şəxs aliment üzrə yaranmış borcu ödəməkdən qəsdən yayınır. X2 izahatında icra məmurunun dediklərini təsdiq edərək artırmadan əvvəl Şəxs aliment borcunun olmamasını, uşaqları ilə görüşdükdə onlara əlavə xərclər çəkdiyini, günəmüzd fəhlə işləyib mütəmadi olaraq müxtəlif məbləğlərdə ödəniş etməsini qeyd edib artırma ilə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından sonra yaranmış borcu tam şəkildə tələb etdiyini, ödəmə tam şəkildə olmadığı halda borclunun barəsində qanunamüvafiq tədbir görüb inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Borclu Şəxs izahatında alimentin ödənilməsindən yayınmadığını, məhkəmə qərarın icrasından boyun qaçırmamasını, uşaqlarına alimentdən başqa da maddi yardım etməsini, aliment üzrə borcunun olmamasını, borcun yalnız Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından sonra yaranmasını, həmin borcdan da 1.700 manat məbləğində pulun ödənilməsini, günəmuzd fəhlə işləməsini, aylıq gəlirinin gördüyü işlərdən asılı olaraq 400-500 manat arasında təşkil etdiyini, hazırda “götürdüyü” işdən əldə ediləcək vəsaitlə son məhkəmə qərarına əsasən yaranmış borcunu ödəyəcəyini bildirmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Tərəflərin izahatlarından və məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs X2na aliment borcu olmamış, aliment üzrə borc Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs X1 xeyrinə iki uşağın saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli məbləğində aliment tutulması qərarından sonra yaranmış, sonuncu qərara əsasən “tələbin könüllü icrası haqqında” bildiriş borcluya yalnız xx.xx.2025-ci il tarixdə imza etdirməklə təqdim edilmiş, borclu tərəfindən tələbkarın kartına xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 19 dəfə müxtəlif məbləğlərdə, ümumi olaraq 1.070 manat məbləğində vəsait ödənilmişdir. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, hazırki iş materiallarından borclu Şəxs məhkəmənin qərarını üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53.2, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar