Məhkəmə qərarları › İş №3(003)-2235/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2235/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2235/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən tərtib olunmuş 21 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7195/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsi qismən -iddia qismən təmin olunmuş: Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2013-cü il tarixli 2(103)-143/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 10 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmışdır. İddiaçı X2 alimentin dəyişdirilməsi hissəsində iddiası qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2013-cü il tarixli 2(103)- 143/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxsdan qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən, etibarən tutularaq uşaq yetkinlik yaşına çatanadək X4 verilməlidir. İcra vərəqəsi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu müxtəlif vaxtlarda ödənişlər etmişdir. Onun bu günə olan borcu 1770 manat təşkil edir. Borcluya borcun ödənilməsi üçün vaxt verilsə də o, bu günə olan borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Tələbkar borcun ödənilməsini tələb edir. Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X1 göstərdi ki, birgə nikahlarından olan uşağı onun himayəsindədir. Uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Hazırda M.Məmədovun 1770 manat borcu yaranmışdır. Borclu müxtəlif bəhanələr edərək borcu ödəməkdən yayınır. Ona görə də borclu barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdi ki, aliment borcunun yarandığını xəbərdardır. İcraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi almışdır. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi çətinlikləri borcunu ödəməyə hələlik imkan vermir, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7195/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsi qismən -iddia qismən təmin olunmuş: Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2013-cü il tarixli 2(103)-143/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 10 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmışdır. İddiaçı X2 alimentin dəyişdirilməsi hissəsində iddiası qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2013-cü il tarixli 2(103)- 143/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxsdan qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən, etibarən tutularaq uşaq yetkinlik yaşına çatanadək X4 verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs övündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 31 avqust 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar