Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2239/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli (MN 1613623) inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsinin 04 noyabr 2024-cü il tarixli,MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. X11 Xidməti Şəki-Zaqatala regional şöbəsinin inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır, aşağıda göstərilən əsaslara görə qərar ləğv edilməlidir: Qərarda barəsində inzibati tənbeh tətbiq edilməsinin əsası kimi 21 oktyabr 2024-cü il tarixli protokola istinad edilərək həmin protokol əsasında onun tərəfindən X7 əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb etdiyinin müəyyən edildiyi göstərilmişdir. Bununla bağlı olaraq bildirir ki, onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi obyekt uşaq foto zonasıdır, ailələr və uşaqlar orada şəkil çəkdirirlər, digər xidmət göstərilməyir, əldə edilən gəlir də azdır, bu səbəbdən orada özü işləyir, əlavə işçi cəlb etməyə ehtiyac yoxdur və digər şəxs işləmir. Qaynatasının vəziyyəti ağır olduğu üçün o, 21 oktyabr 2024-cü il tarixdə Bakı şəhərinə getməli olmuş və həmin ərazidə ayaq üstü yeməklər satmaqla məşğul olan X5 obyektə baxmasını xahiş etmişdir. O, Bakı şəhərində olduğu zaman həmin əraziyə uşaqları ilə gələn şəxslərdən bəziləri orada şəkil çəkmək üçün obyektin ərazisinə buraxılmalarını X5 xahiş etmişlər, o həmin şəxsləri foto zonanın ərazisinə buraxmışdır, onlardan aldığı bütün pul məbləğini ona vermişdir, həmin obyektin işçisi olmadığı və xəstə yanına getdiyi zaman əvəzsiz olaraq köməklik məqsədilə etdiyi üçün heç bir məbləğ götürməmişdir. Mövcud vəziyyətdə səlahiyyətli oqan tərəfindən qeyd edilən işin faktiki halları araşdırılmadan işin faktiki hllarına uyğun olmayan nəticəyə gəlinərək qərar qəbul edilmişdir. Bununla da onunla X12 arasında heç bir əmək münasibəti olmadığı, o, Bakı şəhərinə xəstə yanına getdiyi zaman etdikǝrini əvəzsiz olaraq köməklik məqsədilə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmamışdır, bu səbəbdən barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsinin 04 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Məhkəmə iclasında X9 şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, həmin vaxt onun qaynatasının vəziyyəti ağır olmuşdur. O, Sahilə sadəcə olaraq nəzarət etməsini xahiş etmiş, daha sonra tez bir zamanda geri dönəcəyini bildirmişdir. Kamera vasitəsilə Sahilin orada olmasını əks etdirən anlar qeyd edilmişdir. Sahil isə öz izahatında orda işləmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 bildirmişdir ki, təxminən 04 ay idi ki, İlkinlə birlikdə mağaza işlətmişdir. O, orada satıcı kimi su və qutab satmışdır. Həmin vaxt İlkinin işi olmuş və getmişdir. İlkin mağazanı bağlamaq istəsə də, içəridə müştəri olduğuna görə bunu etməmişdir. O, da İlkinə nəzarət edə biləcəyini bildirmişdir. Daha sonra mağazanın yaxınlığında mübahisə yarandı. Polislər gəldi və onu həmin hadisə ilə bağlı şahid qismində bölməyə dəvət etdilər. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inziabti xəta haqqında protokolun surətindən görünür ki, X9 2024-cü ilin avqust ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 2024-cü ilin avqust ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 3000 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətin əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, şikayətçiyə bu barədə məhkəmə tərəfindən şərait yaradılmış), mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Gəlinən nəticə ilə bağlı məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, X12 ilə X3 rayonunda yerləşən “Sahil” adlı obyektdə işləmişlər. Sahil Yunusov özü də məhkəmədə ifadə verən zaman bildirmişdir ki, o, təxminən 04 ay İlkin Abbasovla həmin obyektdə işləmiş, orada qida məhsulları satmışdır. Qeyd olunan hallar ona dəlalət edir ki, X12 tikinti obyektində işlərin görülməsinə X9 tərəfindən cəlb olunmuşdur, oun gördüyü işlərə görə əmək haqqı verilməmiş, aralarında müvafiq qüvvədə olan əmək müqaviləsinin olması və ya X6 “Sahil” adlı obyektdə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi barədə isə hər hansı bir sübut təqdim edilməməklə iş üzrə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2239/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2239/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver