Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2240/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, xx.xx.2002-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, Saatlı rayonu Cəfərxan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvanında kirayə mənzildə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətində sürücü Şəxs idarə etdiyi “TOYOTA PRİUS” hibrid minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil və sürücü X1 etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə əlaqədar daxil olmuş məlumatın araşdırılması zamanı məlum olmuşdur ki, “Kia Rio” markalı **-TS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində, Mərdəkan körpüsündən qəsəbə istiqamətində hərəkət edən zaman, ondan arxada eyni zolaqla hərəkətdə olan, sürücü Şəxs idarə etdiyi “TOYOTA PRİUS” hibrid minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan onun idarə etdiyi avtomobilə vurulmuş, nəticədə Şəxs idarə etdiyi “TOYOTA PRİUS” hibrid minik markalı avtomobildə sərnişin qismində əyləşmiş xx.xx.1985-ci il təvəllüdlü X6 və onun oğlu, xx.xx.2011-ci il təvəllüdlü X2 xəsarətlər alması, sürücü X1 idarə etdiyi “Kia Rio” markalı avtomobilin arxa hissəsi, sürücü Şəxs idarə etdiyi “TOYOTA PRİUS” hibrid minik markalı avtomobilin isə qabaq hissəsinin bütöv şəkildə və hər iki yan qabaq hissəsinin zədə alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 31 iyul 2023-cü il tarixli, 850 saylı rəyində görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər —döş qəfəsinin, hər iki dizin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilə bilmir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 10 avqust 2023-cü il tarixli, 849 saylı rəyində görünür ki, X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər —sol dirsəyin, hər iki baldırın əzilmiş yaraları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan hər iki diz oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun X8 və Diaqnostika İnstitutuna müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqların görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 27 iyul 2023-cü il tarixli, 839 saylı rəyində görünür ki, X1 bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materillarında olan 1/4125 nömrəli, 24 iyul 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/4122 nömrəli, 24 iyul 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X1 alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 avqust 2023-cü il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “TOYOTA PRİUS” hibrid minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində isə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərar Xəzər DYPŞ-nə göndərilmişdir. Məhkəmənin iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində sürücü X1 etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu Mərdəkan qəsəbəsində, Mərdəkan körpüsündən qəsəbə istiqamətinə doğru bir istiqamətli iki zolaqlı yolun soldan ikinci zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olan zaman ondan arxada eyni zolaqla hərəkətdə olan “TOYOTA PRİUS” hibrid minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sükan arxasında bir anlıq yuxuya getmiş, ayıldıqda “Kia Rio” markalı **-TS- *** dövlət qeydiyyat nişanlı avtomobilin aşağı sürətlə ondan qarşıda eyni zolaqla hərəkət etdiyini görüb əyləci sıxmış, buna baxmayaraq idarə etdiyi avtomobili saxlaya bilməmiş və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı sürücü Şəxs idarə etdiyi “TOYOTA PRİUS” hibrid minik markalı avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş xx.xx.1985-ci il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X6 YÜNGÜL dərəcəli bədən xəsarətləri almış, onun oğlu- xx.xx.2011-ci il təvəllüdlü X3 isə sağlamlığa zərər vurmayan xəsarətlər almışdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-2240/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2240/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver