Məhkəmə qərarları › İş №3(003)-2241/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2241/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2241/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs xx.xx.1980-ci il tarixdə Lənkəran rayonunun Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 9 yaşlı iki əkiz uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonunun Şilavar kəndində yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12.31-də Zərərçəkmiş şəxs AR DİN-nin “102” xidmətinə zəng edərək xx.xx.2023-cü il tarixdə Türkan dairəsində “Mersedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Hyundai” markalı **- DE-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində xəsarət alması barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Şəxs idarə etdiyi “Hyundai” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə dairəvi yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes" markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomaşını gözləmədən yola çıxmış və nəticədə toqquşma baş vermişdir.. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Ruhan Adilbəyli tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X4 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis leytenantı X2 tərəfindən 15 avqust 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. İşə məhkəmə iclasına gəlməyən Xəzər RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur, xx.xx.2023-cü il tarixdə saat 22:04-də Qala qəsəbəsində idarə etdiyi “Hyundai” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla dairəvi yolda Şüvəlan tərəfə doğru hərəkətdə olan zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes" markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomaşını gözləmədən yola çıxmış və nəticədə toqquşma baş vermişdir. Avtomobil stolbaya da dəymişdir. Bundan sonra o, polisə və sığortaya zəng etmişdir. Hadisədən sonra hadisə yerinə Xəzər RPİ-nin, DYPŞ-nin əməkdaşları gələrək, hadisə yerinin müayınəsi və müvafiq sənədləşmə işləri aparılmışdır. Baş vermiş hadisədən peşmandır, özü xəstədir, himayəsində 9 yaşında iki əkiz uşağı vardır, dəymiş ziyanı onun sığortası ödəmişdir. Zərərçəkmiş şəxsİə barışmışdır və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 22.00-da ozünə məxsus “Mercedes” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zirə qəsəbəsindən Qala qəsəbəsi istiqamətinə yolun orta zolağı ilə saatda 60-70 km sürətlə hərəkətdə imiş. Həmin vaxt sol tərəfdən, yəni Türkan qəsəbəsi istiqamətindən Şüvəlan qəsəbəsi istiqamətinə hərəkətdə olan “Hyundai” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşın onu vurmuşdur. Nəticədə o, avtomaşında xəsarət almış, lakin xəstəxanada həyətdə yıxılaraq xəsarət almasını bildirmişdir. Onun avtomobilinə 15000 manat ziyan dəymişdir. Hadisədən sonra qohumları onu xəstəxanaya aparmışlar. Dəymiş ziyanın əvəzi olaraq sığorta tərəfindən onun avtomobilinə dəymiş ziyana görə müvafiq məbləğdə pul, stolbaya görə "xxxx" ASC-nə 513 manat və özünə də 750 manat pul ödənilmişdir. Dəymiş ziyan tamamilə ödənilmədiyinə görə o, ona daha 10000 manat ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yüngül inzibati tənbeh verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yol-nəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 8/1664 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaysan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarından görünür ki, “Mercedes” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almasına dair məhkəmə tibbi ekspertizası təyin edilmiş və rǝyǝ əsasən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs xəsarətləri xx.xx.2023cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, İİ qrup əlil olması, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, dəymiş ziyanı tamamilə öəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, dəymiş ziyanı tamamilə öəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə qərar qüvvəyə mindikdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. İş üzrə 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Zərərçəkmiş şəxsə qərar qüvvəyə mindikdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar