Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2245/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək verdiyi vəsatətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, ehtiyyatda olan hərbiçidir, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. 2024-cü ilin may aymda ordu sıralarından ehtiyyata buraxılmışdır. 2024-cü ilin avqust ayında hərbiçi yoldaşı X11 oğlu, sinif yoldaşı X4, X6 və X7 ilə söhbət etdiyi zaman onlar ona bildirdilər ki, Amazon saytında onlayn satışda İpad məhsulu endirimə düşüb, onlar almaq istəyirlər, lakin onlayn sifariş qaydasını bilmədikləri üçün və akauntları olmadığına görə sifariş edə bilmədiklərini bildirdilər. Ondan bu barədə onlara köməklik etməyini xahiş etdilər. Onlar ona nəğd şəkildə pul verdilər. O, öz kartından həmin məhsulu onların öz adlarına Starex kargo şirkəti vasitəsi ilə sifariş etdi. Müəyyən vaxtdan sonra ona məlum olmayan səbəblərdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfmdən çağırılmışdır. Heç bir səbəb və əsas olmadan onun izahatı alındı. Dostlarına məxsus, ailələrinə aldıqları məhsulların saxlanıldığı bildirildi. O, bu işdə özünü təqsirli bilmir. Ödənişlərin onun kart hesabından olması, onun təqsirli olmağı mənasına gələ bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-01060/24 nömrəli protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi "Logistika Mərkəzi" gömrük postundan daxil olmuş 3- 33-310/032/022775 nömrəli, 03 sentyabr 2024-cü il tarixli raport üzrə Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində ilkin yoxlama aparılmışdır. Həmin raportdan görünür ki, "Starex MMC" tərəfindən **********6 nömrəli aviaqaimə ilə daşınan, X2 Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən ********* (Sərvər Quliyev), ********* (Kamran Nəsibov), ********* (Fizuli İbişov) və ********* (Ruslan Mikayılov) izləmə nömrəli bağlamalara gömrük baxışı zamanı bağlamaların içərisində eyni konfiqurasiyalı "Apple İpad" markalı planşetlər aşkar edilmişdir. Eyni zamanda malların eyni hesab vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən sifariş edildiyi və eyni bank hesabından ödəniş olunduğu müəyyən olunmuşdur. Əmtəəşünaslıq ekspertizasının təyin olunması haqqında xx.xx.2024-cü il tarixli qərar Ekspertizası Mərkəzinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli 9/7984 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş 4 ədəd “Apple İpad" markalı "A2696" modelli 10-cu nəsil 64 GB markalı planşetlərin 2024cü il avqust ayında Ümumi dəyərinin təxminən 3000 manat olduğu müəyyən edilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi "Logistika Mərkəzi" gömrük postunun inspektoru X13 izahatında bildirmişdir ki, 24 avqust 2024-cü il tarixdə Logistika Mərkəzi"xxxx"Starex MMC" tarafindən **********6 nömrəli aviaqaimə ilə daşınan, X2 Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən ********* (Sərvər Quliyev), ********* (Kamran Nəsibov), ********* (Fizuli İbişov) və ********* (Ruslan Mikayılov) izləmə nömrəli bağlamalarda eyni vaxtda, eyni daşıma şirkəti tərəfindən yani" Starex MMC" vasitəsilə, eyni tərkibli malların belə ki, 4 ədəd "Apple İpad" markalı planşetlərin gəlməsi onun diqqəti çəkmişdir. Bu səbəbdən də həmin bağlamalara hal kartı və eyni akkaunt vasitəsilə bir nəfər şəxs tərəfindən, yəni Şəxs vasitəsilə şahidlərinin iştirakı ilə ətraflı baxış zamanı 4 ədəd "Apple İpad" markalı planşetlərin eyni bank edildiyi məlum olmuşdur. Bu səbəbdən də müxtəlif şəxslər vasitəsila, istehsala ya digər sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük keçirilməsinə şübhələr olduğundan qeyd olunana 4 ədəd "Apple İpad" markalı planşetlər araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, o, adətən internet vasitəsilə həm özü, həm də ailə üzvlərinin şəxsi istifadəsi üçün əsasən "Trendyol" və "amazon" saytlarından müxtəlif mallar sifariş edir. 2024-cü ilin avqust ayının əvvəlləri "Amazon" saytında "Apple İpad" markalı planşetlərin endirimdə olduğunu görmüşdür. Belə ki, "Apple İpad" markalı planşetlər 349 dollardan 299 dollara enmişdir. O, da dostları endirimin olduğunu onlara bildirmişdir. Onlar da sonuncuya "Apple İpad" markalı planşet sifariş Sərvər Quliyev, Kamran Nəsibov, Fizuli İbişov və Ruslan Mikayılov ilə söhbət zamanı belə bir şey etmək istədiklərini bildirmişlər. Lakin onların Amazon hesabları olmadığı üçün ondan onlar Kamran Nəsibov, Fizuli İbişov və Ruslan Mikayılovun adına özünə məxsus, sonluğu ...9813 üçün sifariş etməsini xahiş etmişlər. O, da "amazon" tətbiqindən dostları Sərvər Quliyev, olan "Rabitə bank"-in debet kartı vasitəsilə ümumilikdə 4 ədəd eyni konfiqurasiyalı "Apple İpad" markalı planşetlər sifariş etmişdir. İş üzrə Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (poçt məlumatları) baxış keçirilmiş və baxış zamanı Şəxs 2023-2024-cü illər ərzində X2 dəfələrlə eyni cinsli mallar, yəni "telefon və telefon üçün aksesuarlar" və "komputer və ona aid aksesuarlar" sifariş etdiyi məlum olmuşdur. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs tanışları olan müxtəlif şəxslər vasitəsi ilə istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmişdir. Şəxs və digər şəxslərin izahatlarında 4 ədəd "Apple İpad" markalı planşetlərin şəxsi istifadə məqsədi ilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi gömrük sərhədindən keçirilməsi barədə göstərdikləri xüsusatlar gömrük ödənişlərinin ödənilməsindən azad olunmaq, eyni zamanda özünü müdafiə və inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığından sübut kimi qəbul edilməməlidir Beləliklə, Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən kommersiya fəaliyyəti üçün əldə etdiyi 3000 manat dəyərində 4 ədəd "Apple İpad" markalı "A2696" modelli 10-cu nəsil 64 GB markalı planşetləri Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Macəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli "yoxlama, əşyaların və sənədlərin götürülməsi” haqqında protokolla, xx.xx.2024-cü il tarixli 9/7984 nömrəli ekspert rəyi, Şəxs tərəfindən elektron formada tərtib olunmuş sədələşdirilmiş bəyənnnamələr və materialda olan digər sənədlərlələ də təsdiq edilir. -Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7984 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən yeni vəziyyətdə olan planşetlərin 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3000 manat müəyyən edilir. -xx.xx.2024-cü il tarixli "yoxlama, əşyaların və sənədlərin götürülməsi” haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən, "Starex MMC" tərəfindən **********6 nömrəli aviaqaimə ilə daşınan, X2 Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən ********* (Sərvər Quliyev), ********* (Kamran Nəsibov), ********* (Fizuli İbişov). ********* (Ruslan Mikayılov) saylı bağlamalara "Starex MMC-nin nümayəndəsi X10 və hal şahidləri X1, X8 iştirakı ilə yoxlama keçirilmişdir. Yoxlama zamanı bağlamanın tərkibində “Apple” markalı planşetlər olduğu müəyyən edilmişdir. Həmçinin bağlamaların eyni hesab vasitəsilə sifariş edildiyi və eyni bank hesabından ödəniş olunduğu aşkar edilmişdir. -Gömrük orqanında X9 izahat verərək bildirmişdir ki, 2024-cü ilin avqust ayının əvvəlləri dostu Şəxsla söhbət zamanı "Amazon" saytında "Apple İpad" markalı planşetlərin endirimdə olduğunu öyrənmişdir. Belə ki, "Apple İpad" markalı planşetlər 349 dollardan 299 dollara enmişdi. Bu da xaricdən edilən sifarişlərdə tətbiq edilən 300 dollar limiti keçmirdi. O da sifariş etmək istədiyini bildirmişdir. Lakin onda Amazon hesabı olmadığı üçün dostu Şəxs sifariş etməsini xahiş etmişdir. Dostu Şəxs "Amazon" saytından 7 avqust tarixində "Amazon" tətbiqindən "Apple İpad" markalı planşet sifariş etdi. Bir müddət sonra sifarişinin gəlib-gəlmədiyi ilə maraqlanmaq üçün "Starex" karqo şirkəti ilə maraqlandı. Ordan ona bildirdilər ki, mallar gömrükdə saxlanılıbdır. Orada ona bildirdilər ki, sifarişlər eyni kartla olduğu üçün araşdırma aparılacaq. Bu səbəbdən də malları onlara vermədilər. Sifariş onun hesabından edildiyi üçün dostu Şəxs kartından İstifadə etdilər. Lakin bunun çətinlik yaradacağını düşünməmişdilər. Bilsəydilər öz şəxsi kartı vasitəsilə edərdilər. Sifariş etdikdən sonra 300 dolların qarşılığında dostu Şəxs nağd şəkildə 510 manat pul vermişdir. -Gömrük orqanında X7 izahat verərək bildirmişdir ki, 2024-cü ilin avqust ayının əvvəlləri dostu Şəxsla söhbət zamanı "Amazon" saytında "Apple İpad" markalı planşetlərin endirimdə olduğunu öyrənmişdir. Belə ki, "Apple İpad" markalı planşetlər 349 dollardan 299 dollara enmişdir. Bu da xaricdən edilən sifarişlərdə tətbiq edilən 300 dollar limiti keçmirdi. O da sifariş etmək istədiyini bildirdi. Lakin onda Amazon hesabı olmadığı üçün dostu Şəxs sifariş etməsini xahiş etdi. Sonra dostu Şəxs "amazon" saytından "Apple İpad" markalı planşet sifariş etdi. Bir müddət sonra sifarişinin gəlib-gəlmədiyi ilə maraqlanmaq üçün "Starex" karqo şirkəti ilə maraqlandı. Ordan ona bildirdilər ki, mallar gömrükdə saxlanılıbdır. Orada ona bildirdilər ki, sifarişlər eyni kartla olduğu üçün araşdırma aparılacaq. Bu səbəbdən də malları onlara vermədilər. Sifariş onun hesabından edildiyi üçün dostu Şəxs kartından istifadə etdilər. Lakin bunun çətinlik yaradacağını düşünməmişdilər. Bilsəydilər öz şəxsi kartı vasitəsilə edərdilər. Sifariş etdikdən sonra 300 dolların qarşılığında dostu Şəxs nağd şəkildə 510 manat pul vermişdir. -Gömrük orqanında X4 izahat verərək bildirmişdir ki, 2024-cü ilin avqust ayının əvvəlləri dostu Şəxsla söhbət zamanı "Amazon" saytında "Apple İpad" markalı planşetlərin endirimdə olduğunu öyrənmişdir. Belə ki, "Apple İpad" markalı planşetlər 349 dollardan 299 dollara enmişdir. Bu da xaricdən edilən sifarişlərdə tətbiq edilən 300 dollar limiti keçmirdi. O da sifariş etmək istədiyini bildirdi. Lakin onda Amazon hesabı olmadığı üçün dostu Şəxs sifariş etməsini xahiş etdi. Sonra dostu Şəxs "amazon" saytından "Apple İpad" markalı planşet sifariş etdi. Bir müddət sonra sifarişinin gəlib-gəlmədiyi ilə maraqlanmaq üçün "Starex" karqo şirkəti ilə maraqlandı. Ordan ona bildirdilər ki, mallar gömrükdə saxlanılıbdır. Orada ona bildirdilər ki, sifarişlər eyni kartla olduğu üçün araşdırma aparılacaq. Bu səbəbdən də malları onlara vermədilər. Sifariş onun hesabından edildiyi üçün dostu Şəxs kartından istifadə etdilər. Lakin bunun çətinlik yaradacağını düşünməmişdilər. Bilsəydilər öz şəxsi kartı vasitəsilə edərdilər. Sifariş etdikdən sonra 300 dolların qarşılığında dostu Şəxs nağd şəkildə 510 manat pul vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Eyni zamanda məhkəmə, Şəxs məhkəmə iclasında mobil telefonları öz vəsaiti hesabına yox, digər şəxslərin vəsaitləri hesabına sadəcə onun kartı ilə edilməsi barədə verdiyi izahatına tənqidi yanaşaraq qeyd edir ki, onun məhkəmə iclasında verdiyi izahatı tərəfindən törədilmiş inzibati xətaya görə məsuliyyətdən yayınması məqsədi daşıyır. Belə ki, onun tərəfindən inzibati araşdırma zamanı verilmiş izahatdan və inzibati materialda olan digər sənədlərdən görünür ki, Azərbaycan Respublikasına gətirilmiş 04 ədəd mobil telefon Şəxs tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin dispozisiyasına əsasən kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi həmin maddənin tərkibini yaradır. İşin müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (3000 manatın) otuz faizi məbləğində, yəni 900 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi götürülmüş və qaytarılması barədə hər hansı bir sənəd iş materiallarında mövcud olmayan əşyalar, yəni 04 ədəd “Apple İpad” markalı, “A2696” modelli 10-cu nəsil 64 gb yaddaş tutumuna malik planşetlər hazırki qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılmalıdır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 900 manat məbləğində inzibati cərimə edilməli, 04 ədəd “Apple İpad” markalı, “A2696” modelli 10-cu nəsil 64 gb yaddaş tutumuna malik planşetlər sahibi Şəxs qaytarılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 900 manat məbləğində inzibati cərimə edilsin. 04 ədəd “Apple İpad” markalı, “A2696” modelli 10-cu nəsil 64 gb yaddaş tutumuna malik planşetlər müvafiq rüsumlar ödənildikdən sonra sahibi Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2245/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2245/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver