Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2247/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2247/2025 saylı qərarına xitam verilməsi barədə Şəxs vəsatətini nəzərdən keçirdikdən sonra, məhkəmə Müəyyənetdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən müvafiq protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2247/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda Şəxs vəsatətlə məhkəməyə müraciət edərək Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2247/2025 saylı qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti, ona əlavə edilmiş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, www.asanpay.az internet portalından görünür ki, İXP7145471 nömrəli protokol əsasında tətbiq edilmiş cərimə və dəbbə pulu ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2247/2025 saylı qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Vəsatət təmin edilsin. Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2247/2025 saylı qərarına xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X1
Məhkəmə qərarları › İş №3(003)-2247/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2247/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver