Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2248/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 xx.xx.2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-ci il tarixdə saat 13:00 Xəzər rayonu ərazisindən keçən Hava limanı yaxınlığı yolunda sürücü X4 idarə etdiyi “Nissan” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil, BBPİ-nin, DYPİ-nın polis nəfəiri olan "sürücü X7 tərəfındən yolun kənarında dayanmış vəziyətdə gətirilmiş "BMVV” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı potrul avtomobnilinin arxa hissəsinə çırpılmışdır, zərbənin təsirindən “BMVV” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil bir qədər qarşıda dayanmış vəziytətdə olan sürücü X5 məxsus “Nissan” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılmışdır və bundan sonra “Nissan” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun içinə döğru həerəkət edib, eyni istiqamətdə hərəkətdə olan sürücü X3 idarə etdiyi "Mitsubshi” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilinin hərəkət zolağına daxil olub, toqquşmadan yayınmaq üçün sürücü X6 idarə etdiyi “Mitsubshi" markalı evakuator avtomobilini sol tərəfə yönəldərək yolun sağdan 4-cü zolağına daxil olmuşdur və yolun sağdan 4-cü zolağında eyni istiqamətdə hərəkət edən sürücü Zərərçəkmiş şəxs məxsus “Toyota” markalı **-FP-*** nömrəli avtomobill “Mitsubishi” markalı evakuator avtomobilinin sol yan tərəfinə çırplaraq zəncirvari yol nəqliyyaqt hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, təhqiqatçı səhvə yol verib və onun videoregistrator görüntülərini əlavə etməyib, onunla manevr qaydalarını pozaraq evakuator toqquşub. O, avtomobilinin təmir edilməsi üçün xərclərin qarşılanmasını istəyir, başqa şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 08 iyul 2024-cü il tarixli 771 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — sol körpücük nahiyyəsinin, sol baldırın qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X11" X14 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamıyığın. qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli 1/6086 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhman Allahverdiyev xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsini nəzərə alaraq onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: - Hörmətli hakim! Barəmdə yüngül cəzanın tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 15:10-da bağlı elan olunur. Protokol 21 aprel 2022-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(003)-2248/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2248/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver