Məhkəmə qərarları › İş №3(003)-2249/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2249/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2249/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 avqust 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin işlə bağlı polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə məruz qaldığına görə psixologiyası pozulmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Mərdəkan qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq ərazidə hadisə baş verdiyini bildirərək onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. O, yenidən polislər tərəfindən fiziki təzyiqə məruz qalacağından qorxduğuna görə oradan qaçmışdır. Lakin polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt o, əlində olan “HELL” içki bankasının qapağı ilə boğazını kəsərək özünə xəsarət yetirmişdir. Əməlindən peşman olduğunu bildirərək cərimə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin ƏÇPA-nın polis nəfəri X2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində iş yoldaşları X3 və X4 ilə birlikdə Mərdəkan qəsəbəsində xidmət apararkən bir nəfər şəxsin yüksək səslə danışaraq ətrafdakı şəxsləri narahat etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsi nizam intizama dəvət edərkən o, daha da aqressivləşərək onların qanuni tələblərinə tabe olmamış, oradan qaçmışdır. Şəxsiyyəti sonradan onlara məlum olan Şəxs saxlayaraq yenidən onu nizam-intizama dəvət edəndə o, əlində olan kəsici əşya ilə əvvəlcə onlara hədə-qorxu gəlmiş, daha sonra həmin kəsici əşya ilə özünə xəsarət yetirmişdir. Bundan sonra Şəxs polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin ƏÇPA-nın polis nəfərləri X3, X4 şahid X1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə proses tərəflərini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməli etiraf etməsini, peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs polis əməkdaşlarının hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətləri davam etdirməsini İXM-nin 33.1.1-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 avqust 2023-cü il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar