Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2253/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Ağdaş rayonunun Qəribli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X6 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs keçmiş arvadı 102 ximdətinə zəng vuraraq Arif tərəfindən döyüldüyünü bildirmişdir. Bununla bağlı əməliyyat qrupu hadisə yerinə getmişlər. Hadisə yerində görmüşlər ki, Şəxs, keçmiş arvadı ilə münaqişə edir. Ona bildirmişlər ki, keçmiş arvadı onunla bağlı şikayət etmiş və bu məsələ ilə bağlı onu polis şöbəsinə dəvət etmişlər. Lakir Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşların səyi nəticəsində o post-patrul avtomobilinə əyləşdirilmişdir. Həmçinin təhqiramiz ifadələr işlətmişdir. Bu səbəbdən şöbəyə gətirdikdən sonra barəsində tədbir görülməsi üçün raport tərtib edilmişdir. İzahatında həmçinin bildirdi ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçı, polis mayoru Vüsal Nəsirzadənin icraatında döyülmə faktı ilə bağlı Şəxs barəsində araşdırma aparılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, keçmiş arvadı ilə onun arasında alimentlə bağlı mübahisə olmuşdur. Hadisədən 2 gün əvvəl polis şöbəsindən onunla əlaqə saxlanılaraq alimentlə bağlı axtarışda olduğu bildirilmişdir. Bundan sonra icra şöbəsinə getmiş və icra məmurunun yanında olmuşdur. Keçmiş arvadı ilə birlikdə bir yerdə yaşadığını və evin kommunal xərclərini ödədiyini, uşaqlarının xərclərini qarşıladığını bildirmişdir. Bundan sonra icra məmuru arvadı ilə razılıq əldə etməsi üçün vaxt vermişdir. Hadisə günü isə şəhərə getdiyi zaman Suraxanı qəsəbəsi ərazisində olan zaman ona zəng gəlmiş və polis şöbəsinə gəlməsi bildirilmişdir. O da namaz qılıb polis şöbəsinə getmək istəmiş və buna görə yaşadığı evə gəlmişdir. Evin qapısını döymüş, oğlu açmışdır. Həyətə daxil olan zaman post-patrul xidmətinin əməkdaşları gəlmişlər. Polis əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, sadəcə onlardan namaz qılmaq üçün vaxt istəmiş, lakin onun qolundan tutaraq aparmışlar. Hadisə həyətdə baş vemiş və o, arvadını görməmiş, heç kimə söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin təhqiqatçısı X4 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər vaxtı X8 İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq əri Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Fatimə Həmidova ilə telefonla danışdığı zaman bildirmişdir ki, Şəxs onun əllərini arxaya burub, boynundan tutaraq başını kəsməyərək evdən getməyəcəyini bildirmişdir. Bununla bağlı Fatimə Həmidovanın izahatı alınmış və ekspertiza təyin etmişdir. Daha sonra Şəxs yaşadığı evə getmişlər, orada olmadığından onunla əlaqə saxlamış və polis şöbəsinə dəvət edilmişdir. Şəxs ona Qara Qarayevdə olduğunu və 30 dəqiqəyə gələ biləcəyini söyləmişdir. Şəxs yaşadığı evdən bir az aralandıqdan sonra onlara zəng vurularaq evə gəldiyi və qapını ayağı ilə təpiklədiyi bildirilmişdir. Onlar geri qayıtmışlar və artıq evin həyətində daxil olduğunu, telefonla danışdığını görmüşlər. Onu polis şöbəsinə dəvət etmişlər, lakin Şəxs onlara çölə çıxmalarını, heç yerə getməyəcəyini bildirmişdir. Polis şöbəsinə getməkdən imtina edərək əl-qol hərərəkətləri etdiyindən onu məcburi qaydada avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Həmçinin bildirdi ki, Şəxs evin həyətindən ünvansız şəkildə təhqiramiz ifadələr işlətdiyini eşitmiş, qapını təpiklə vurmasını isə onlara arvadı bildirmişdir. Onlardan namaz qılmaq üçün vaxt istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, xx.xx.2024cü il tarixdə səhər vaxt işdən evə gəlmişdir. Bir gün əvvəl isə Şəxs icra məmuru icra şöbəsinə çağırıb alimentlə bağlı izahatını almışdır. Səhər yeməyini yedikdən sonra Şəxs onunla mübahisə etməyə başlamışdır. O, uşağının oyanmaması üçün Arifə evi tərk etməsini söyləmişdir. Bundan sonra Arif ona yaxınlaşaraq boynunu sıxmağa başlamışdır. Bundan əvvəldə Arif ona bu formada tutaraq xəsarət yetirmiş, lakin hədə-qorxu etdiyindən şikayət etməmişdir. Arif onun boynunu sıxaraq döyməyə başlamış və oğlunu çağırmış, oğlu gəldikdə isə birdə onu çağırsalar bu hadisənin yadında saxlamasını və onun başını kəsəcəyini söyləmişdir. Başqa çarəsi olmadığından 102 xidmətinə şikayət etmişdir. Şəxs isə evdən çıxıb getmişdir. Polis əməkdaşları gələndə Arif evdə olmamışdır. Polis əməkdaşları onun izahatını alıb getdikdən 10-15 dəqiqə sonra Arif gəlmiş və qapını təpiklə vurmağa başlamışdır. O qorxduğundan yaşadığı evə gəlmiş polislə telefonla əlaqə saxlayaraq məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəldikləri vaxtı həyətdə nə baş verdiyini görməmişdir. Məhkəmə, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatlarını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokollarla yanaşı, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində polisin qanuni tələblərinə tabe olmamış və xırda xuliqanlıq etmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. -Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Kərəm Fərhadov, təhqiqatçı, polis mayoru Vüsal Nəsirzadə və sahə inspektoru, polis mayoru Ramil Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, onlar əməliyyat qrupunda xidmətdə olduqlar vaxtı ünvan 3 ünvanında yaşayan X3, onunla eyni ünvanda yaşayan keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə etdiyi müraciətə əsasən əməliyyat qrupu ilə birlikdə göstərilən ünvanda olmuşlar. Ünvanda olduqları zaman Şəxs PŞ-nə izahatının alınması məqsədi ilə dəvət olunarkən onların qanuni tələblərinə tabe olmayaraq PŞ-nə gəlməkdən imtina edərək ünvansız təhqiramız ifadələr işlətmişdir. O, öz hərəkətini davamlı şəkildə davam etdirərək tabesizlik göstərmişdir. Onlar həmin şəxsi çətinliklə Xəzər RPİ 3-cü PŞ-nin NH-nə məxsus avtomaşına əyləşdirərək polis şöbəsinə gətirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi inzibati xətanın yaranması üçün şəxsin əməlində ictimai qaydanı pozulması halının olması vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Hazırki işi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş hadisə zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasında göstərilən ictimai qaydanın pozulması halının hansı formada baş verməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında da Şəxs əməlində ictimai qaydanın hansı formada, necə pozulması müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” İşin hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə X3 Daxili İşlər Nazirliyinin 102 xidmətinə Şəxs tərəfindən döyülməsi müraciəti əsasında araşdırma aparılması məqsədilə polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilməsinə baxmayaraq, Şəxs, ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək, əksinə əl-qol hərəkətləri ilə davamlı şəkildə müqavimət göstərməklə onlarla birlikdə polis şöbəsinə getməkdən imtina etmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən əxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, törətdilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakretizə edən halları nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh təbbiri tətbiq edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli, lakin o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X1 həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2253/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2253/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver