Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2253/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə Barəsində inzibati tənbeh təbiri tətbiq edilmiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ17382557 saylı qərarından barəsində inzibati tənbeh təbiri tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ17382557 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ17382557 saylı qərarından barəsində inzibati tənbeh təbiri tətbiq edilmiş şəxs X2 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmiş, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ17382557 saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ17382557 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin vaxt ona barəsində qərar qəbul edilməyəcəyi deyilmişdir. O uzun müddət şikayətlərdən sonra qərarı 26 avqust 2025-ci ildə ona vermişlər. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ17382557 saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati tənbeh təbiri tətbiq edilmiş şəxs X2 izahatında bildirdi ki, inzibati xətanı törətsə də onun cəriməni ödəməyə imkanı yoxdur. Qərarla cərimə olunmasını bir il sonra bilsə də qərarı ona 26 avqust 2025-ci il tarixdə vermişlər. Hazırda cəriməni ödəməyə imkanı olmadığından müddətin bərpa olunmasını və qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə, iş materiallarını və buraxılmış müddətin bərpası barədə vəsatəti araşdırıb hesab edir ki, vəsatət rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Eyni Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. Eyni Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Eyni Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Eyni Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, şikayətçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ17382557 saylı qərarından məlumatı olmuş, özünün də bildirdiyi kimi, qərarı bir il əvvəl almış, lakin hər hansı üzürlü səbəb olmadan qərardan hazırda şikayət vermişdir. Bununla da şikayət verilməsi üçün müddət ötürülməklə məhkəməyə təqdim edilmiş və şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəbdən ötürülmüşdür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ17382557 saylı qərarından X2 tərəfindən vəsatətdə göstərilən səbəbə görə, şikayətin verilməsi müddətinin buraxılması üzrlü hesab edilə bilməz, bu səbəbdən də buraxılmış prosessual müddətin bərpasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ17382557 saylı qərarından X2 tərəfindən verilmiş şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti əsassız olduğundan rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-2253/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2253/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver