Məhkəmə qərarları › İş №3(003)-2254/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2254/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2254/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi xx.xx.2001-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Sabirabad rayonu Əsgərbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində sürücü Şəxs etibarnamə ilə idarə etdiyi Kia Rio markalı **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Buzovna körpüsünün altından keçərək Maştağa qəsəbəsi istiqamətinə hərəkətini yolun soldan-sağa 1-ci zolağı ilə saatda təxminən 40-45 km/saat sürətlə davam edərkən yolun sağ qolunda yerləşən RAHAT marketin yanında yolu keçən piyada X2 vuraraq sonuncuya YÜNGÜL dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 21 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs X3 məxsus izahatda bildirilir ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində avtobusla Maştağa qəsəbəsi istiqamətindən Albalılıq yolu ilə Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna köpüsünün yaxınlığında yerləşən Daş Bazarının yanına gələrək avtobusdan düşmüş, piyada iti addımlarla yolun əks istiqamətində yerləşən RAHAT marketə gedirmiş. İti addımlarla yolun mərkəzinə çataraq hərəkətini davam etdirmiş, həmin vaxt nəyin baş verdiyini xatırlamamışdır. Özünə gəldikdə tanımadığı bir şəxsin ona yardım etdiyini görmüş, daha sonra həmin şəxs təcili yardım avtomobili ilə onu xəstəxanaya aparmış, yolda həmin kişinin onu vuran sürücü Böyükkişinin atası olmasını bilmişdir. Xəstəxanada ona ilkin yardım göstərilmiş və o, evə buraxılmışdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna köpüsünün altından keçərək Maştağa qəsəbəsi istiqamətində hərəkətini yolun soldansağa 1-ci zolağı ilə saatda təxminən 40-45 km/saat sürətlə davam edərkən yolun sağ qolunda yerləşən RAHAT marketin yanında qəflətən hərəkətdə olduğu zolaqda avtomobilinin qarşısında bir xanımın ona tərəf gəlməsini görmüş, dərhal əyləci sıxsa da, artıq gec olmuş, nəticədə avtomobilin sağ ön fara hissəsi həmin xanıma dəymiş, o yerə yıxılmışdır. Şəxs tez maşından düşüb həmin xanıma yardım edərək təcili yardıma zəng etmişdir. Təcili yardım avtomobili gələrək həmin xanımı xəstəxanaya aparmışdır. Hadisə zamanı Şəxs avtomobildə tək olmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 10 avqust 2023-cü il tarixli, 928 saylı rəyində görünür ki, . X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər — alt dodağın əzilmiş yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun Sabunçu Tibb mərkəzi Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqların görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan 1/3022 nömrəli, 01 avqust 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 avqust 2023-cü il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Kia Rio” markalı **-DE-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində isə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərar Xəzər DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar