Məhkəmə qərarları › İş №3(003)-2256/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2256/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2256/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs xx.xx.1970-ci il tarixdə ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qarabağ qazisi, Tərtər rayonunun B,Sarov kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq Şimal döngəsi 16 ünvanında yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10.13-də X3 AR DİN-nin “102” xidmətinə zəng edərək xx.xx.2023-cü il tarixdə Bakı-Mərdəkan şosesində yerləşən “GRAND” marketin qarşısında oğlu X4 “Mersedes” markalı avtomobilin vuraraq hadisə yerini tərk etməsi barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Xəzər rayonu Bakı-Mərdəkan şosesində yerləşən “GRAND” marketin qarşısında piyada X5 dayanmış vəziyyətdə olarkən sol tərəfdən nömrə nişanı, rəngi və markasını bilmədiyi avtomobil onu vuraraq xəsarət yetirmişdir. Xəzər RPİ-nin DYPŞ-nin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində nəqliyyat vasitəsinin “Mersedes” markalı **- TM-*** dövlət nömrə nişanlı avtomaşın olması, sürücünün isə Şəxs olması məlum olmuşdur.. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X11 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Xəzər RPİ DYPŞ YNH inspektoru, polis leytenantı X6 tərəfindən 17 avqust 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Xəzər RPİ-nə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, Xəzər RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. İşə məhkəmə iclasına gəlməyən Xəzər RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, o, “Mersedes” markalı **-TM-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Xəzər rayonu Bakı- Mərdəkan şosesinin kənarında yerləşən “GRAND” marketdən su almaq üçün avtomaşınını həmin marketin qarşısında saxlamış, bu zaman səs gəldiyini eşitmişdir. Avtomaşından düşəndə yerdə bir oğlanın yerdə uzandığını görmüşdür. Həmin oğlana onu xəstəxanaya və ya başqa bir tibb müəssisəsinə aparmasını demiş, o isə buna razı olmayıb həkimə ehtiyac olmadığını bildirib onu Ramana qəsəbəsinə aparmasını xahiş etmişdir. Həmin oğlanı öz maşını ilə Ramana keçidinə aparmış, yolda ondan həkim lazım olduğunu bir də soruşmuş, o, isə həkim lazım olmadığını, köynəyinin və şalvarının sıradan çıxdığını bildirmişdir. Ramanada maşından düşdükdə ona yenə həkimə getməyi təklif etmiş, o isə buna ehtiyac olmadığını bir daha bildirmişdir. Bundan sonra zərərçəkmiş şəxsə 50 manat pul vermiş və o, çıxıb getmişdir. Bir neçə gündən sonra isə polisdən ona zəng edərək ondan şikayət edilməsini bildirmişlər. Baş vermiş hadisədən peşmandır, özü Qarabağ qazisidir, işləmir. Bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs X5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində iş vaxtı qurtardığından, o, nəzarətçi işlədiyi Xəzər rayonu Bakı-Mərdəkan şosesinin kənarında yerləşən “GRAND” marketdən çıxaraq əks yola keçmək üçün yolun kənarına yaxınlaşmış, həmin vaxt sol tərəfdən qəflətən nəyinsə ona dəydiyini hiss edərək yerə yıxılmışdır. Bundan sonra heç nəyi xatırlamır, özünə gələndə yerdə uzandığını və kimlərinsə ona yardım etməsini görmüşdür. Həmin vaxt o, nömrə nişanını, markasını və rəngini xatırlamadığı avtomobilə otuzdurulmuş, sonradan həmin avtomobil tərəfindən vurulmasını bilmişdir. Avtomobildə gedərkən huşu özündə olmamış, sürücü onun səhhəti ilə maraqlanmış, başında ağrılar olduğunu həmin sürücüyə bildirdikdə sürücü ciddi bir şeyin olmadığını ona bildirmişdir. Özünə gəldikdə sürücü maşını saxlayaraq ona düşməsini bildirmiş və “Ramana Park” istiqamətində avtomobildən düşdükdə həmin sürücü oradan uzaqlaşmışdır. Addım atmaq istəyərkən yerə yıxıldığından dayanacaqda olan tanımadığı bir oğlan yaxınlaşaraq ona yardım etmiş, həmin şəxsin köməkliyi ilə piyada evə getmiş, səhər yuxudan ayılıb telefonunu cibindən çıxartmaq istəyərkən cibində artıq 50 manat pul görmüşdür. Bundan sonra baş vermiş hadisə barədə rayonda yaşayan atasına məlumat vermiş və xəsarəti olduğundan MTE müayinəsindən keçmişdir. İş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yol-nəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. İş materiallarında olan MTE ekspertizasının 17 iyul 2023-cü il tarixli, 748 saylı ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin xx.xx.2023-cü il tarixli YNH-nə uyğun gəlməsi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün yüngül dərəcəli zərərvurmaya aiddirlər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarında olan 42540 saylı vəsiqənin surətindən görünür ki, Şəxs X2 Birliyinin üzvüdür. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, Qarabağ qazisi olmasını, zərərçəkmiş şəxsə 50 manat yardım etməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, Qarabağ qazisi olmasını, zərərçəkmiş şəxsə 50 manat yardım etməsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərərçəkmiş şəxsə qərar qüvvəyə mindikdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qüvvəyə mindikdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar