Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2259/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Şəxsn etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "X7" Publik Hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci və 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş MN ******* saylı, 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "X7" Publik Hüquqi şəxs xx.xx.2023-cü il tarixdə tibbi tullantıların qalaqladığı, emalı yerlərinin müəyyənləşdirilməsi və daşınaraq zərərsizləşdirilməsi qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cu il tarixli MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 18.6-ci maddəsinə əsasən baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 3(003)-928/2023 saylı qərardadına əsasən işə baxılmasının məhkəmənin səlahiyyətinə aid olmadığı əsas gətirilərək inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İdarəyə geri qaytarılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, monitorinq aparılmış və müəyyən edilmişdir ki, Şəxsn tibbi tullantıları vardır, xəstəxananın fəaliyyəti zamanı formalaşan tibbi tullantıların hermetikləşdirilmiş tullantı konteynerlərində toplanmadığı, siniflər üzrə düzgün çeşidlənmədiyi, xəstəxananın həyətində açıq sahədə qalaqlanması faktı aşkar edilmişdir. Həmin tullantılar virus mənşəli olmaqla əhalinin sağlamlığı üçün təhlükə yaradırlar. İş materiallarında olan foto şəkillərdən görünür ki, həmin tibbi tullantılar qara paketlərdədir, xüsusi ayrılmış yerlərdə yerləşdirilməmişdir, butulkalar, tibbi tullantılar toplanıb, orada yandırılıb, fotoşəkillər də çəkilib. Məişət tullantıları bu şəkildə açıq olmur, lakin Şəxsn nümayəndələri bundan imtina edirlər. Monitorinqin yekunlarının müzakirəsi ilə bağlı aparılan inzibati araşdırmada iştirakla bağlı 10 aprel 2023-cü il tarixli bildiriş göndərilməsinə və həmin bildiriş 13 aprel 2023-cü il tarixdə “X7" Publik Hüquqi şəxsin nümayəndəsinə imza etdirilməklə təqdim edilməsinə baxmayaraq, müzakirəyə heç kim gəlməmişdir. "X7" Publik Hüquqi şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də inzibati xəta törədən hüquqi şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Şəxsn nümayəndəsi X3 göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin verdiyi izahat həqiqətə uyğun deyildir, tamamilə əsassız mülahizələrdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2004-cü il tarixli 90 saylı Qərarı ilə təsdiq edilmiş Əsasnamədə monitorinqlərin hansı qaydada aparılması göstərilmişdir. Onların ərazisində heç bir monitorinq keçirilməyib, tullantıların növü göstərilməmişdir, həmin monitorinq keçirilərkən və Akt tərtib edilərkən isə onların nümayəndəsi iştirak etməmişdir, iş obyektiv araşdırılmamışdır, fotoşəkillərin harada və hansı tarixdə çəkilməsi bilinmir, ərazi onlarındır, lakin tullantılar onlara aid deyil, onların ərazisində məişət tullantıları olmamışdır, bununla bağlı sübut yoxdur, lakin ərazilərində təmir-tikinti işləri aparılıb və orada tikinti tullantıları olmuşdur. Bundan başqa, ətrafdakı yollardan müntəzəm surətdə müxtəlif avtomobillər keçir və tullantıların oradan keçən hər hansı bir maşındakı şəxslər tərəfindən oraya atıla biləcəyi halı istisna deyildir. Onların ərazisində bərk tullantılar olur, həmin tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan müqavilə bağlamışlar. Fövqəladə Hallar Nazirliyi onların ərazisində yanğın və mülki müdafiə ilə bağlı hər il 1-2 dəfə təlim keçirdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barələrində belə bir akt və protokol tərtib edilməsi tamamilə qanunsuz və əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 114.1.4 və 53-cü maddələrini rəhbər tutaraq inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "X7" Publik Hüquqi şəxs tərəfindən həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Şəxsn nümayəndəsinin izahatına tənqidi yanaşaraq hesab edir ki, onun izahatı həqiqətə uyğun deyildir, iş materialları ilə təkzib edilir. Ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Şəxsn Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "X7" Publik Hüquqi şəxs Azərbaycan Respublikasının İXM-nin 266.2 və 271-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "X7" Publik Hüquqi şəxs Azərbaycan Respublikasının İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10000 (on min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2259/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2259/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver