Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2259/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ərazi dairəsi, Anzov kəndi ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerəşən nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.5 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5 və 333.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə səhər vaxtı uşağını bağçaya apararkən yol polisi əməkdaşı tərəfindən saxlanılmış və müayinədən keçirildikdə onda 0.4 faiz dərəcəsində alkoqol sərxoşluğu müəyyən edilmişdir. Spirtli içkini axşam vaxtı qəbul etmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını və bir daha belə xətaya yol verməyəcəyini nəzərə alaraq ona cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 08:21-də Binə qəsəbəsi, Ə.İsazadə küçəsində “VAZ 21074” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İnzibati xətanın aşkar edilmsində istifadə olunan xüsusi texniki vasitə İN:642240 nörməli alkotester olmuş, 0,392 % miqdarda alkoqol aşkar edilmişdir. -“Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə 84 nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs işıq cihazlarından düzgün istifadə etmədiyinə və səxroş halda nəqliyyat vasitəsini idarə etdiyindən saxlanılaraq o, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılmışdır. -sərxoşluq vəziyyətini müəyyən edilməsi üçün xüsusi texniki vasitədn istifadə haqqında ******* nömrəli protokoldan görünür ki, 26.111.2024-cü il tarixdə, saat 08:20-də “VAZ 21074” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədə istifadə edilmişdir. Həmin protokolda Şəxs yazaraq qeyd etmişdir ki, müayinə zamanı onun YPX əməkdaşı tərəfindən spirtli içkinin təsiri altında olduğu müəyyən edilmiş, əməlindən peşman olduğunu və həkimə getməyə ehtiyacın olmadığını bildirmişdir. - İN:642240 nörməli xüsusi texniki vasitənin 26.1.2024-cü il tarixdə, saat 08:18-də göstəricisindən görünür ki, alkoqolun miqdarının 0,392% olmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs, xx.xx.2024-cü il tarixdə, saat 08:21-də Xəzər rayonu, Binə qəsəbəsində nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Bu hal iş materialları və Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsaslıdır və Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağın olmasını məhkəmə, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdırılan hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2259/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2259/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver