Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2261/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxx 1992-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, günəmuzd fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 28 avqust 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-324/2023-010 saylı 19 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2277,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bakı şəhər Probasiya İdarəsinin xeyrinə ödənilməlidir. Borclu heç bir üzrlü səbəb olmadan heç bir ödəniş etməyərək həmin icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, icra sənədi 16 mart 2023-cü il tarixdə Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq icraya yönəldilmişdir. Lakin borclu heç bir ödəniş etmədiyinə və İcra şöbəsinə gəlməkdən yayındığına görə icra məmurunun 07 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmişdir. 28 avqust 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu imkanı olmadığı üçün ödəniş etmədiyini, hazırda günəmuzd fəhlə işlədiyini, borcunu birdəfəyə tam ödəyə bilməyəcəyini, lakin bundan sonra hər ay 50 manat ödəyə biləcəyini göstərmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər icra etməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, qanuni qüvvədə olan icra sənədi üzrə borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin üzrlu səbəbdən, yəni maddi imkanı olmadığı üçün indiyə qədər heç bir ödəniş etməmişdir, bununla belə, icra sənədinin icrasından yayınmır. Hazırda günəmuzd fəhlə işləyir, hazırkı məhkəmənin gedişində ümumi borcundan 130 manat ödəyərək qəbzini İcra şöbəsinə və Məhkəməyə təqdim etmişdir. Borcunu birdəfəyə tam ödəyə bilməyəcək, bundan sonra da hər ay 50-100 manat ödəməklə borcunun tam ödənilməsini təmin edəcəkdir. Adında rəsmi qeydə alınmış heç bir daşınar və ya daşınmaz əmlak, həmçinin banklarda hər hansı qiymətli kağız və ya pul vəsaiti yoxdur. Himayəsində olan ata-anası lal-kar və pnevmaniya xəstəsidirlər. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 10100 saylı qəbzdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə borcundan 80 manat, 5674 saylı qəbzdən isə görünür ki, xx.xx.2023-cü il tarixdə borcundan 50 manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilməmiş,hazırda günəmuzd fəhlə işləyir, məhkəmənin gedişində ümumi borcundan 130 manat ödəyərək qəbzini İcra şöbəsinə və Məhkəməyə təqdim etmiş, bundan sonra da hər ay 50-100 manat ödəməklə borcunun tam ödənilməsini təmin edəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Adında rəsmi qeydə alınmış heç bir daşınar və ya daşınmaz əmlak, həmçinin banklarda hər hansı qiymətli kağız və ya pul vəsaiti yoxdur. Himayəsində olan ata-anası lal-kar və pnevmaniya xəstəsidirlər. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2261/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2261/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver