Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2262/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC malların müvəqqəti saxlanca qoyulma tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə və qaydada malları müvafiq gömrük proseduru altında yerləşdirmiş, lakin yükı aid verilmiş saxlanc müddətinin başa çatmasına baxmayaraq yük rəsmiləşdirilməmişdir. Belə ki, hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu Sabunçu Ştq.Yefrim Saratovets ev 61A olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Hindistandan **********2 saylı avia qaimə ilə göndərilmiş, 1 yerdən ibarət, brutto çəkisi 0.2 kq, ümumi gömrük dəyəri 99.24 AZN olan yüklər xx.xx.2023-cü il tarixli **********2832 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin yuxarıda qeyd olunan gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanca yerləşdirilmiş yüklər saxlanc müddətlərinin bitməsinə baxmayaraq, şirkət tərəfindən rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Aparılan araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi izahat vermək üçün xx.xx.2023-cü il tarixli 3-33-3100/2- 003633/2023 nömrəli məktubla Təhqiqat Şöbəsinə dəvət olunmuş, buna baxmayaraq hüquqi şəxsin hər hansı bir nümayəndəsi gəlməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə 24 avqust 2023-cü il tarixli 00800-00360/23 ( EP 0121143) nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs (VÖEN: **********) ünvanına Hindistandan **********2 saylı avia qaimə ilə göndərilmiş, 1 yerdən ibarət, brutto çəkisi 0.2 kq, ümumi gömrük dəyəri 99.24 AZN olan yüklər xx.xx.2023-cü il tarixli **********2832 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. **********2832 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin saxlancda olma müddətinin bitməsinə baxmayaraq, həmin yüklər şirkət tərəfindən rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-2262/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2262/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver