Məhkəmə qərarları › İş №3(003)-2264/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2264/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2264/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3 və 505-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli **********9262 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi invoys dəyəri 3408,50 manat, netto çəkisi 440 kq olan, **********, **********, **********, **********, **********, **********, **********0 və ********** saylı XİFMN kodu ilə bəyan olunmuş müxtəlif yüklər (sərgidə iştirak etmək üçün elektron avadanlıq) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmişdir. Yüküh müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, lakin Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət etməmişdir. Eyni zamanda həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında aylıq ödənişlər edilməməsi nəticəsində xx.xx.2023-cü il tarixə 232,49 AZN gömrük borcu yaranmışdır. Araşdırma zamanı Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli 1900-013/0xx-xx/003322 nömrəli məktub ünvanlanmasına baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi bu günədək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gəlməmişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X2 tərəfindən 24 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.3 və 505-ci maddələri ilə inzibati xəta haqqında 00800-00361/23 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 göstərdi ki, onların X3 layihələri vardır, qarışıqlıq olduğuna görə yaddan çıxarıb müddətin uzadılması barədə vaxtında müraciət etməmişlər. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi də bununla bağlı onlara xəbərdarlıq etməmişdir. xx.xx.2021-ci il tarixdə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş həmin yükün müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmə müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Müddətin uzadılması barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə bundan əvvəl ərizə ilə müraciət etsələr də, müddət uzadılmamışdır. Buna baxmayaraq, onlar xx.xx.2023-cü il tarixdə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmə müddətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmasını yenidən xahiş etmişlər və hazırda həmin müddət uzadılmışdır. Göründüyü kimi, müddətin ötürülməsi onların iradəsindən asılı olmayan üzrlü səbəbə görə baş vermişdir, lakin bundan sonra belə hala yol verməyəcəklər. Bunun nəzərə alınaraq barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə "NTC COMPANY” MMC-nin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 499.1.3 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 499.1.3 və 505-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs tərəfindən həmin inzibati xəta 18 aprel 2022-ci ildə törədilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, inzibati xətanın törədildiyi günü 18 aprel 2022-ci il tarixdən hesab edərək belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törətdiyi gündən bir ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.3 və 505-ci maddələri ilə təqsirli bilinməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 38.1, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.3 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar