Məhkəmə qərarları › İş №3(003)-2265/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2265/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2265/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi polis mayoru X1, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi polis leytenantı Emin Abbasov tərəfindən Şəxs İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 22 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə zərər çəkmiş şəxs X3 məxsus avtomobildən 350 manat dəyərində 01 ədəd maqnitofon və bank kartlarını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi polis mayoru X4 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində X3 məxsus avtomobildən 01 ədəd maqnitofon və bank kartlarını oğurlamışdır. Hadisə yerinə dəvət olunmuş ekspert tərəfindən götürülmüş əl-barmaq izlərinə dair nümunələrdən, avtomobildən oğurluq edən şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra Şəxs Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət olunmuş və törətdiyi əməli etiraf etmişdir. Zərər çəkmiş şəxs X3 vurduğu ziyanı isə tamamilə ödəmiş və aralarında barışıq əldə edilmişdir. Zərər çəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus “Wolksvagen” markalı avtomobilinə yaxınlaşdıqda avtomobilinin şüşəsinin sındığı, avtomobilin içərisindən 01 ədəd maqnitofon və bank kartlarının oğurlandığı məlum olmuşdur. Bu barədə dərhal DİN-in “102” xidmətinə müraciət etmişdir. Oğurlanmış bank kartlarından ümumilikdə 07 manat məbləğində alış-veriş edilmişdir. İzahatına əlavə olaraq ərizə ilə müraciət edib bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurduğu ziyanı tamamilə ödəmiş və aralarında barışıq əldə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə “Wolksvagen” markalı avtomobilə daxil olaraq 01 ədəd maqnitofon və bank kartlarını götürmüşdür. Oğurladığı bank kartlarından ümumilikdə 07 manat məbləğində alış-veriş etmiş, maqnitofonu isə tanımadığı şəxsə 50 manata satmışdır. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində İXM-nin 227ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:50-də tutulmuşdur. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin müddəalarına görə İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir (maddə 39.2). Məhkəmə iş üzrə tədqiq olunmuş halları araşdırıb hesab edir ki, İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinən Şəxs, zərər çəkmiş şəxs X3 vurduğu ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 25, 39.2, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından xitam verilsin. Şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar