Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2266/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Protokol tərtib etmiş vəzifəli şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Dövlət X10 yol patrul xidməti inspektoru polis baş serjantı X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət X10 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X5 şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət X10 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət X10 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Nərimanov rayon ərazisində saxlanılmışdır. 10-N-055 dövlət qeydiyyat nömrəli motosikleti duracağa aparmışlar və onu müayinədən keçməyə məcburi aparmışlar. O da haqlı olaraq müayinədən keçməkdən imtina etmişdir. Belə ki, yol polisi dislokasiya qaydalarına riayət etməmiş, xidmətdən kənar ərazidə xidmət aparmışdır. Məhkmə iclasında protokol tərtib etmiş vəzifəli şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Dövlət X10 yol patrul xidməti inspektoru polis baş serjantı X4 izahatında bildirdi ki, 10-N-055 dövlət qeydiyyat nömrəli motosikleti idarə edən X5 qayda pozuntusuna görə saxlanılmış, onun içkili olduğu müəyyən edilmiş, lakin X5 müayinədən keçməkdən imtina etmişdir. Bu zaman onunla birlikdə polis serjantı X6 olmuşdur. Videogörüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, protokol tərtib etmiş vəzifəli şəxsi dinləyib, iş materiallarını və etirazı nəzərdən keçirdikdən sonra hesab edir ki, qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Dövlət X10 yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 10-N-055 dövlət qeydiyyat nömrəli motosikleti idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 343.1-ci maddəsinin tələblərini pozmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Dövlət X10 polis polkovnik leytenantı X7 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, X5 10-N-055 dövlət qeydiyyat nömrəli motosikleti idarə edərkən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 343.1-ci maddəsinin tələblərini pozmuş və buna görə 400 manat məbləğində cərimə edilmişdir. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli 2/1145 saylı aktdan görünür ki, X1 vəziyyətinin tibbi müayinəsindən imtina etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Dövlət X10 məhkəməyə təqdim etdiyi diskdə olan görüntüdən müəyyən olunur ki, X1 vəziyyətinin tibbi müayinəsindən imtina etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş üzrə müəyyən edilmiş halları, X1 vəziyyətinin tibbi müayinəsindən imtina etdiyini təsdiq edir. Məhkəm hesab edir ki, X3 barəsində əsaslı olaraq xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət X10 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət X10 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-2266/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2266/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver