Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2273/2024 30.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Afər Nəbiyevin, zərərçəkmiş şəxs Rəhimova Hicran Arif qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 30 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-də keçmiş arvadı Rəhimova Hicran Arif qızını söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Bununla əlaqədar X2 barəsində Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Afər Nəbiyev tərəfindən 30 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Afər Nəbiyev tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, vətəndaş Rəhimova Hicran Arif qızı xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə verərək keçmiş ərinin onu sosial şəbəkədə təhqir etdiyini bildirmişdir. Məsələnin araşdırılması üçün Alı Baxışlı şöbəyə dəvət edilmişdir. 30 noyabr 2024-cü il tarixdə X2 30 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-də keçmiş arvadı Rəhimova Hicran Arif qızını söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Bu əməlləri ilə Alı Baxışlı Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X2 məhkəmə iclasında törətdiyi inzibati xətanı qismən etiraf edərək göstərdi ki, Hicran Rəhimova ilə birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Təxminən dörd il olar ki, aralarındakı nikah pozulmuşdur. Məhkəmənin qərarına əsasən övladlarına aliment ödəyir. Keçmiş arvadı sosial şəbəkələrə daxil olaraq insanlarla oyun oynayır və qeyri-etik ifadələrdən istifadə edir. O da ona irad bildirərək azyaşlı övladları ilə məşğul olmalı olduğunu ona bildirmişdir. Uşaqlarını görmək üçün keçmiş arvadının evinə getdikdə qaynanası, keçmiş arvadı və onun qardaşı ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Onu qarşı tərəf təhqir etdiyindən o, da cavab olaraq onları söymüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Rəhimova Hicran Arif qızı bildirdi ki, xx.xx.2024-cü il tarixdə keçmiş əri X2 ona məxsus nömrənin “whatsapp” hesabına xoşagəlməz sözlər yazmış, onu təhqir etmişdir. O, onun adına digər sosial şəbəkələrdə saxta hesablar açır və onu təhqir edir. X2 yaşadığı Binə qəsəbəsinə gələrək onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-də olarkən Alı Baxışlı polis əməkdaşının otaqda olmadığı vaxtda ona qarşı təhqiramiz sözlər işlətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və zərərçəkmiş şəxsin ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X2 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. X1 əməlindən peşman olması iş üzrə tənbehi yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2273/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2273/2024
30.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver