Məhkəmə qərarları › İş №3(003)-2276/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2276/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2276/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi Eldəniz Abasovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakları ilə xx xxxx 1962-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə evli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X1 haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 31 avqust 2023-cü il tarixli protokola əsasən X3 31 avqust 2023-cü il tarixdə saat 19:30-da Şağan qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da X3 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə sahə rəisi Eldəniz Abasov yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmişdir. 6 saat şöbədə gözlədikdən sonra onu narkolojiyə müayinəyə aparmışlar. Həmin gün günorta pivə içdiyinə görə müayinə olunarkən onda alkoqol aşkar olunmuşdur. Bundan sonra yenidən şöbəyə gətirilərək orda saxlanmışdır. Lakin nəyə görə saxlandığını bilməmişdir. Barəsində ədalətli qərar qəbil edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi Eldəniz Abasov göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Şağan qəsəbəsi ərazisində bir nəfər şəxs küçədə sərxoş vəziyyətdə nalayiq küçə söyüşləri söymüşdür. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin o öz qanunsuz əməllərini davam etdirdiyi üçün onu polis şöbəsinə dəvət etmişdir. Şöbədə həmin şəxsin X3 olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1/4016 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X2 0,396% sərxoşluq aşkar edilmişdir. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən polis əməkdaşlarının hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini və xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixdə saat 22:00-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 31 avqust 2023-cü il tarixdən saat 22:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar