Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2276/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə X1 Xəzər RPİ-nin 2-ci PŞ-nin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər RPİ-nin 2-ci PŞ-nin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞnin nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilərək X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati xəta törətməsinə dair Xəzər RPİnin 2-ci PŞ-nin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmənin 3(003)-2169/2024 saylı işində baxılaraq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati xəta törətməsinə dair Xəzər RPİ-nin 2-ci PŞ-nin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayət üzrə icraata xitam verilsin və şikayət geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2276/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2276/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver