Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2279/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 09 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 04 sentyabr 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4912/2017 saylı 28 dekabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay cəmi 272 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4912/2017 saylı 28 dekabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X2 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136 manat olmaqla cəmi 272 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Hesab edir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınır. Hazırda borclunun 17597 manat aliment borcu yaranmışdır, borclu sonuncu dəfə 04 avqust 2023-cü il tarixdə 50 manat ödəniş etmişdir. Tələbkar bundan narazıdır, borcun tam ödənilməsini tələb edir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 2019-2022-ci illərdə cinayət məsuliyyətinə cəlb edilərək 16 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkmiş, cəza çəkdiyi müddətdə ödəniş etmək imkanı olmadığına görə borc məbləği get-gedə artmışdır. Azadlığa çıxandan sonra isə uzun müddət iş tapa bilməmiş, müxtəlif xəstəliklərdən əziyyət çəkdiyinə görə mütəmadi müayinə olunaraq dəfələrlə xəstəxanalarda müalicələr almış, onun iradəsindən asılı olmayan səbəblərə görə borc məbləğini tam ödəyə bilməmişdir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. İndiyə qədər çox böyük çətinliklə də olsa, 1987 manat ödəniş etmişdir. Sonuncu dəfə 04 avqust 2023-cü il tarixdə 50 manat ödəniş etmiş, ondan əvvəl bu ilin iyul ayında 110 manat, iyun ayında isə 50 manat ödəniş etmişdir. Onu da qeyd edir ki, sonradan ikinci dəfə ailə qurmuşdur və ikinci evliliyindən 3 yaşında bir azyaşlı uşağı da vardır. Bundan sonra hər ay müntəzəm surətdə 200 manat aliment ödəyəcək və hissə-hissə olmaqla aliment borcunun tamamilə öənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs onun irdəsindən asılı olmayan səbəblərə, 2019-2022-ci illərdə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə, xəstəliyi ilə əlaqədar tez-tez müayinə və xəstəxanalarda müalicə olunduğuna görə müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilməmiş, indiyə qədər 1987 manat ödəniş etmişdir. Sonuncu dəfə 04 avqust 2023-cü il tarixdə 50 manat ödəniş etmiş, ondan əvvəl bu ilin iyul ayında 110 manat, iyun ayında isə 50 manat ödəniş etmişdir. Şəxs sonradan ikinci dəfə ailə qurmuşdur və ikinci evliliyindən 3 yaşında bir azyaşlı uşağı da vardır. Bundan sonra hər ay müntəzəm surətdə 200 manat aliment ödəyəcəyi və hissəhissə olmaqla aliment borcunun tamamilə öənilməsini təmin edəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2279/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2279/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver