Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-228/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Qəhrəman oğlunun iştirakı ilə xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Qəhrəman oğlunun haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov tərəfindən tərtib olunmuş 09 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Hacıyev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs Qəhrəman oğlundan X1 xeyrinə cəmi 18.141,50 manat məbləğində pul tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, iş yeri olmadığından və maddi imkansızlığa görə borcu ödəyə bilmədiyini bildirmişdir. Borclu Şəxs sonradan icra şöbəsinə gəlmədiyinə görə icra məmuru Eltac Tağıyevin xx.xx.2019-cu il tarixdə, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixdə barəsində məcburi gətirilmə haqqında qərarlar qəbul edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə borclu Şəxs 18.141,50 manat məbləğində borcu ödəmədiyinə görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəxs cəzanı çəkib qurtardıqdan sonra xx.xx.2021-ci il tarixdə icra sənədi yenidən Xəzər rayon icra şöbəsinə göndərilmiş və o, öz icraatına qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə Şəxs barəsində axtarış qərarı qəbul olunmuşdur. Polis vasitəsilə o, bu gün saat 15:00-da icra şöbəsinə gətirilmişdir. Şəxs bu müddət ərzində heç bir ödəniş etməmişdir. Bununla da, Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs Qəhrəman oğlu göstərdi ki, o, qeyd olunan borcla bağlı 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Buna baxmayaraq, o, 2 dəfə inzibati məsuliyyətə cəlb olunmuş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıCM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum olunduğuna görə o, işə düzəlmək üçün heç kəsə müraciət edə bilməmişdir. Bu səbəbdən və maddi vəziyyəti ağır olduğundan o, heç bir ödəniş etməmişdir. Buna baxmayaraq, o, gələn ay işə düzələcək və onun əmək haqqından tutmalar aparıla bilər. Məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs Qəhrəman oğlundan X1 xeyrinə cəmi 18.141,50 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilən xx.xx.2019-ci il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş icra məmuru Eltac Tağıyevin xx.xx.2019-cu il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, Şəxs Qəhrəman oğlunun barəsində məcburi gətirilmə haqqında qərarlar qəbul edilmişdir. İş materiallarına əlavə edilən Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs Qəhrəman oğlunun barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmiş və onun 18.141,50 manat məbləğində borcu vardır. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində məcburi gətirilmə və axtarış qərarları qəbul edilmişdir. Bununla da, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan uzun müddət ərzində icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 15:00-da polis vasitəsilə Xəzər rayon icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli saxlanıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən, saat 15:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-228/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-228/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver