Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-228/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailə, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X5 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “Chevrolet Kobalt” markalı avtomobili "Elit" taksi park şirkətindən taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə götümüş, xx.xx.2024-cü il tarixdə idarə etdiyi Chevrolet Kobalt” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Dərnəgül” adlanan ərazidən iki nəfər sərnişin əyləşdirib Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən keçən Pırallahı rayonu istiqamətindən, Mərkəz-Şəhər istiqamətində gedən bir istiqamətli, dörd zolaqlı yolun sağdan ikinci zolağı ilə saatda təxminən 60-65 km-sürətlə hərəkət edən zaman eyni istiqamətdə yolun sağdan uçuncu zolağı ilə hərəkət edən qeydiyyat nişanına fikir vermədiyi “Mercedes” markalı avtomobul qəfil sağ tərəfə manevr edərək yolun sağdan ikinci zolağına tərəf hərəkət etmiş, o, toqquşmadan yayınmaq uçün idarə etdiyi avtomobili yolun sağdan 1-ci zolağına yönəldən zaman eyni istiqamətdə bir qədər qarşıda yolun sağdan birinci zolağında hərəkət edən “Kia” markalı avtomobilin arxa tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxsin heç bir şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Chevrolet Kobalt” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində göstərilən maddə ilə inzibati təsir tədbirlərin görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X7 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində Şəxs idarə etdiyi “Chevrolet Kobalt” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən “Mercedes” markalı avtomobilin qəfil manevr edərək onun hərəkət zolağına daxil olmuş, o, toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili birinci zolağa yönəldən zaman eyni istiqamətdə bir qədər qarşıda yolun sağdan birinci zolağında hərəkət edən sürücü X1 idarə etdiyi “KİA” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə dəyməsi və nəticədə avtomobilində əyləşən sərnişin X2 sağlamlığına YÜNGÜL dərəcəli xəsarət almasına səbəb olmuşdur. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 23 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazununun, döş qəfəsinin qançırları, ağrı sindromu, və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi aşkar edildi. Qeyd edilən xəsarət küt əşya təsirindən onun məhkəmə-tibb müayinəsindən 9-11 əvvəl törənmiş, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “Chevrolet Kobalt” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən “Mercedes” markalı avtomobilin qəfil manevr edərək onun hərəkət zolağına daxil olmuş, o, toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili birinci zolağa yönəldən zaman eyni istiqamətdə bir qədər qarşıda yolun sağdan birinci zolağında hərəkət edən sürücü X1 idarə etdiyi “KİA” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə dəymiş və nəticədə avtomobilində əyləşən sərnişin Zərərçəkmiş şəxs sağlamlığına YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarət almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-228/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-228/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver