Məhkəmə qərarları › İş №3(003)-2286/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2286/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2286/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 avqust 2025-ci il tarixli MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 18 avqust 2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş X5 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən,(Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.) 13 iyun 2025-ci il tarixli, 3-17-5/253649/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə daxil olmuşdur. Həmin məktubda "xxxx" MMCdən müəssisənin cavab məktubu, işçinin işə qəbul, xitam üzrə əmrlərinin(xitam verildiyi halda), ərizələrinin surətləri, iş vaxtının uçot tabelləri tələb edilmişdir. Həmin məktubun cavablandırılması müddəti 7(yeddi) iş günü olaraq qeyd edilmişdir. "xxxx" MMC tərəfindən həmin sənədlər xx.xx.2025-ci il tarixində xx.xx.2025- ci il tarixli, 0630 nömrəli məktub əsasında əlbəəl olaraq, DƏMX-ə verilmişdir. Həmin sənədin verildiyi ilə bağlı DƏMX-in səlahiyyətli nümayəndəsi tərəfindən, imza və möhür vurulsa da, qəbul edilmə vaxtına münasibətdə tarix qeyd edilməmişdir. DƏMX tərəfindən yenidən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixində xx.xx.2025- ci il tarixli, 3-17-5/2-67784/2025 nömrəli məktub ünvanlanmış və həmin məktubda qeyd edilən sənədlərin göndərilməməsi ilə bağlı xx.xx.2025-ci il tarixində saat 10:00-da video konfransın keçirilməsi ilə bağlı dəvət ünvanlanmışdır. Lakin, həmin mətub bizə xx.xx.2025- ci il tarixində çatdığı üçün həmin konfransın müddəti bitdiyindən iştirak qeyri-mümkün olmuşdur. Məsələ ilə bağlı DƏMX-lə əlaqə saxlanılmış və sənədlərin verildiyi bildirilmişdir. xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixli, 3-17-5/2-70140/2025 nömrəli hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləssinin 539.3-cü maddəsini əsas gətirərək, inzibati tənbehlə bağlı MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Eyni əsasla bağlı 3-17-5/2-70141/2025 nömrəli vəzifəli şəxs barəsində də inzibati tənbehlə bağlı MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Qarşı tərəfin tərtib etdiyi protokollara şifahi olaraq, etiraz etsəkdə, qarşı tərəf artıq protokolların tərtib edildiyini bildirərək, bu məsələnin məhkəmə konteksində həll edilməsini məqsədə uyğun bilmişdir. 06 avqust 2025-ci il tarixli, 3-17-5/2-70140/2025 nömrəli hüquqi şəxs barəsində tərtib olunmuş protokol barəsində İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, (bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.) Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun icraatında baxılmışdır. Həmin proses zamanı tərəf qismində iştirak edən zaman qarşı tərəf ilk öncə sənədlərin təqdim edilməməsini əsas gətirmişdir. Halbuki, həmin orqanın səlahiyyətli nümayəndəsi həmin sənədin təqdim edilməsinə dair sənəd surətinə imza və möhür vurmuşdur. Qeyd edilməyən yalnız tarix olmuşdur ki, bu da DƏMX-in səlahiyyətli nümayəndəsi tərəfindən həmin sənədə münasibətdə qeyd edilməli idi. Qarşı tərəf həmin sənədin xx.xx.2025-ci il tarixində qəbul edilməsinə dair ilk öncə sadə A4 formasında “xidmətin inzibati binasına vətəndaşlar tərəfindən birbaşa təqdim olunan müraciətlər” başlığı altında təqdim olunmuş, ancaq bu sənəd həm tərtib olunma formasına, həm də məlumatları özündə əks etdirmə formasına görə kifayət qədər əsaslı sənəd olmamaqla, yanaşı “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatam təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının tələblərinə uyğun deyildir. DƏMX tərəfindən sənədlərin qəbul edilməsinə dair nə Bu sənədin sübut kimi qəbul edilməsi mümkünsüz olduğundan yenidən hüquqi əsaslı və sübut əhəmiyyətli sənəd istənilmişdir. Bu zaman qarşı tərəf bununla bağlı növbəti əsaslı tələbimiz üçün sistemdən xx.xx.2025-ci il tarixə münasibətdə yeni bir sənəd təqdim etsə də, həmin sənəd də qeydiyyat məlumatları ətraflı göstərilməmişdir. Həmçinin, sənədin sistemə işlənilməsi qarşı tərəfin vicdanlı iş prinsipinə əsaslandığını və işi sistemə işləyən şəxsin protokol tərtib edən tərəfin işçisi olduğunu nəzərə aldıqda habelə, ilkin təqdim olunan sənədin xx.xx.2025-ci ildə sənədi qəbul edilməsini özündə əks etdirdiyi halda digər sənədin xx.xx.2025-ci il il tarixini özündə ehtiva etdikdə sübut qismində verilən sənədin də mötəbərliyinə şübhə yaratmaqdadır. Şübhə ərz edən sübut qismində təqdim olunmuş sənəd isə sübut əhəmiyyəti daşıya bilməz. Yekun olaraq, məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən təqdim edilən sənədə münasibətdə DƏMX tərəfindən sənədlərin qəbul edilməsinə dair nə jurnal da qeyd nə də ki, real vaxt rejimində sistemə inteqrasiya aparılmamışdır. Bununla yanaşı təqdim olunmuş sənədlər sübut əhəmiyyətli sənəd kimi yanaşılsa belə, əgər bu sənədlər xx.xx.2025 və ya xx.xx.2025-ci il tarixlərində qarşı tərəfə DƏMX-ə təqdim olunmuşlarsa, o zaman həmin orqan hansı səbəbdən xx.xx.2025-ci il tarixə münasibətdə eyni əsasla iki protokol(hüquqi şəxs və vəzifəli şəxs barələrində) tərtib etmişdir. Nəzər alsaq ki, hər iki protokolun tərtib olunma əsası kimi xx.xx.2025-ci il tarixinə kimi sənədlərin təqdim edilməməsi göstərilmişdir. Axı həmin sənədlər qarşı tərəfin təqdim etdiyi sənədlərə münasibətdə(xx.xx.2025 və xx.xx.2025) artıq təqdim olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasındafƏmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə) maddə bir necə hissədən ibarət olunduğu əks olunmuşdur. İlkin olaraq, sənədlərin təqdim olunmaması qeyd edilmişdir ki, bu da mahiyyətində öz məzmunu barədə əlavə şərhə ehtiyac duyulmayan bir anlayışdır. Tərtib olunan protokollarında müəyyən edildi hissəsində də sənədlərin xx.xx.2025-ci il tarixinədək təqdim olunmaması göstərilmişdir. Belə olan halda, protokolda qeyd edilmiş inzibati xəta "xxxx" MMC və ya onun vəzifəli şəxsi tərəfindən törədilmədiyindən əməldə inzibati xəta hadisəsi yoxdur. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən haldır və özünü məcəllənin 53.1.1- ci maddəsində(inzibati xəta hadisəsi olmadıqda) göstərmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, hüquqi şəxs barəsində tərtib olunmuş 08 avqust 2025-ci il tarixli, 3-17-5/2-70140/2025 nömrəli protokol xx.xx.2025-ci il tarixində Binəqədi Rayon Məhkəməsinin yekun qərarı ilə geri qaytarılmışdır. Eyni əsasla tərtib olunan vəzifəli şəxs barəsində isə xx.xx.2025-ci il tarixli, 3-17- 5/2- 70141/2025 nömrəli protokol əsasında DƏMX-in səlahiyyətli şəxsi tərəfindən MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında İXM-nin 114.1.2-ci maddəsi nəzərə alınaraq, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar verilmişdir. Həmin qərar "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixində çatdırılmışdır. Göründüyü kimi, orqan tərəfindən məsələ kifayət qədər araşdırılmadan, sübutlara istinad edilmədən və protokol tərtib edilən zaman istinad edilən əməl törədilmədiyindən qərar əsassızdır. X6 Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 18 avqust 2025-ci il tarixli MN ******* saylı qərarının tam şəkildə ləğv edilməsi və inzibati xəta haqqında iş üzra icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin X4 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 18 avqust 2025-ci il tarixli MN ******* saylı qərarın məzmununa uyğun izahat verərək X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 04 avqust 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 18 avqust 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xətanı törətdiyindən barəsində 1300 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 13 iyun 2025-ci il tarixli, 3-17-5/253649/2025 nömrəli məktubdan görünür ki, X5 müraciətinə münasibət bildirilməsi və işçinin işə qəbul, xitam üzrə əmrlərinin(xitam verildiyi halda), ərizələrinin surətləri, iş vaxtının uçot tabelləri tələb edilmişdir. Həmin məktubun cavablandırılması müddəti 7(yeddi) iş günü olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 01 iyul 2025-ci il tarixli, 0630 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 13 iyun 2025-ci il tarixli, 3-17-5/253649/2025 nömrəli məktubuna cavab verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-67784/2025 nömrəli məktubdan görünür ki, həmin məktubda qeyd edilən sənədlərin göndərilməməsi ilə bağlı xx.xx.2025-ci il tarixində saat 10:00-da video konfransın keçirilməsi ilə bağlı dəvət ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 539.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir Belə ki, iş materiallarından görünür ki, müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Al Market MMC-nə X5 müraciətinə münasibət bildirilməsi və işçinin işə qəbul, xitam üzrə əmrlərinin(xitam verildiyi halda), ərizələrinin surətləri, iş vaxtının uçot tabelləri tələb edilsədə ”Al Market” MMC tərəfindən həmin sənədlər vaxtında təqdim edilməmişdir. Al Market MMC tərəfindən iş materiallarına əlavə edilmiş məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 13 iyun 2025-ci il tarixli, 3-17- 5/253649/2025 nömrəli məktubdan görünür ki, məktubun cavablandırılması 07 gün müddət göstərilmişdir. Al Market MMC-nin həmin sənədləri 01 iyul 2025-ci il tarixli məktubla cavab verildiyi bildirilsədə bunun çatdırlımasını təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir, eyni zamanda qanunla qoyulmuş müddət 07 gün olduğu halda məktuba 18 gün müddətə cavab verilmişdir. Eyni zamanda şikayət ərizəsində 13 iyun 2025-ci il tarixli məktuba 23 iyul 2025-ci il tarixdə cavab verilməsi bildirilsədə bu məktuba 07 gün müddətində cavab verilməsini təsdiq edəcək mötəbər sübut təqdim etməmiş, eyni zamanda məhkəmə iclasında iştirak etməmiş, bundan əlavə tələb olunan sənədləri də Əmək Müfəttişliyinə göndərilməsi bildirilirsədə çatdırılmasını sübut etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Al Market MMC-nin direktoru X7 müvafiq icra hakimiyyəti orqanının tələbi ilə nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədləri vaxtında və lazımı qaydada) təqdim etməmiş, bununla da, barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi 18 avqust 2025-ci il tarixli MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 1300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ”Al Market” MMC-nin direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 avqust 2025-ci il tarixli MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 avqust 2025-ci il tarixli MN ******* saylı saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar