Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-23/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X3 iştirakları ilə Şəxs 04 mart 1991-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yeni yaşayış massivində nömrəsiz evdə yaşayan, hazırda Xəzər RPİ-nin Müvəqqəti saxlama yerində saxlanılan haqqında Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 22 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3737/2019 saylı, 18 noyabr 2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində gətirmə tədbiri tətbiq olunmuşdur. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3737/2019 saylı, 18 noyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1923/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Şəxs X3 xeyrinə 28 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. 24 fevral 2020-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu Şəxs barəsində inzibati protokol tərtib olunduqdan sonra 300 manat, daha sonra isə 900 manat ödəniş etmişdir. Protokol tərtib edərkən Şəxs 1410 manat borcu olduğu halda hazırda 1310 manat borcu vardır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında tələbkar X5 ifadəsində göstərdi ki, borclu barəsində inzibati protokola baxarkən 1710 manat borcundan 300 manat ödəniş etmişdir. Sonradan əlavə olaraq üstünə borc gəlmiş və bugünə borclunun aliment borcu 1310 manat təşkil edir. Borclunun ona olan aliment borcunu tam olaraq ödəməsin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs ifadəsində göstərdi ki, barəsində inzibati protokola baxarkən aliment borcundan ödəniş etməsi üçün məhkəmə tərəfindən ona vaxtı verilmişdir. Lakin maddi cəhətdən imkanı olmadığına görə alimentdən ödəniş edə bilməmiş və buna görə də, məhkəməyə gəlməmişdir. Hazırda barəsində olan hökmün icrasından yayındığına görə 7 gün müddətinə tutulmuşdur. Məhkəmədən hazırki vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3737/2019 saylı, 18 noyabr 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1923/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Şəxs X3 xeyrinə 28 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqnda iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi və İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib edildiyi 22 noyabr 2021-ci il tarixdən 3 aydan çox müddət keçmişdir. Ona görə də, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gündən 3 (üç) aydan çox müddət keçdiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-23/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-23/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver