Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2302/2024 07.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş kapitanı X7, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 16, ev 81-də qeydiyyatda olan və yaşayan Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 28 noyabr 2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 07 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binə qəsəbəsi, Bünyadzadə küçəsində X4 təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verib özünü qismən təqsirli bilərək göstərmişdir ki 2015-ci ildə X10 ilə rəsmi nigah daxil olmuşam. Bu nigahdan 2 uşağımız var. 2022-ci il tarixdə isə xəyanət etdiyinə görə rəsmi şəkildə boşandıq. Bundan sonra məhkəmə övladlarını görmə hüququ verməsədə mən övladlarımı ona göstərirdim. Zəfər bayramı ile əlaqədar 8 günlük tətildə oğlum X8 atasının evində qalmağa getmişdi. Nadir mənim oğlumla birlikdə yaşadığı qadının evinə getmiş və onunla elaqe saxladıqda hemin qadın mənim ünvanıma nalayiq ifadələr işlətmişdir. Mən həmin qadını Nadirin işlədiyi Nərimanov rayonu ərazisində yerləşən telefon aksesuarları azasının yanına görüşə çağırsam da həmin qadın ora gelmədi. Daha sonra getdim onların evindən oğlum Hüseyni götürüb yaşadığım evə gəldim. Daha sonra ise evdə olan an oğlum mənə atasının yaşadığı qadının yanına gedən zaman onuda aparmasını bildikdə əsəblərimə sahib ola bilməyib getdim Nadirin evinə. Orada olan zaman girdim həyətə ilk başda Nadirin üzündən şillə vurdum daha sonra yerdə olan kubuki götürüb onun qabağına atmaq istəsəm də evin pəncərəsinə dəyib şüşəni sındırdı. Lakin anası İradə mənim üstümə hüsum çəkdi məni vurmaq istəsə də onun qarşısını alıb onu şillə ilə qolundan vurdum. Belə ki, zərərçəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Mən yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. X11 3 il əvvəl Şəxs rəsmi şəkildə boşanıbdır. Onların 2 uşağı var. Zəfər bayramı ilə əlaqədar 8 günlük tətil zamanı nəvəm Hüseyn bizimle bərabər qeyd etmişdi. Sebine geldi onu bizim evdən əsəbi əsebi götürüb apardı. Daha sonra Səbinə yenidən mənim evimə gələrək mənim üstüme hücum çəkdi və mənə müxtəlif nahiyələrimə xəsarətlər yetirdi. Buna səbəb isə oğlum Nadirin nəvəmlə birlikdə öz tanış olduğu xanımla birlikdə gəzmələri olubdur. Mənə və mənim ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlədib məni təhqir etdi küçənin ortasında. Mən də baş vermiş hadisə ilə əlaqədar şikayət etmək qərarına gəldim. Elədikləri azmış kimi yerdən daş götürüb mətbəxin pəncərəsini sındırıb 200 manat da maddi ziyan vurubdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş kapitanı X12 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq bildirmişdir ki, faktla bağlı təhqiqat aparılmış, cinayət işi başlanılması rədd edilmiş, nəticədə Şəxsnun əməlində İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması aşkar olunmuş və bu barədə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, xx.xx.1994-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 16, ev 81-də qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157, 232-1, 510-cu maddəsinin tərkibi yarandığından barəsində göstərilən maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi və gələcəkdə baş verə biləcək anoloji halların qarşısının alınması məqsədilə ərazi aidiyyatı üzrə əməkdaşa tapşırıq verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının 20 noyabr 2024-cü il tarixli 1402 nömrəli rəyindən görünür ki, X5 bədəni səthində aşkar edilmiş xəsarətlər: döş qəfəsinin, sol saidin sağ bazunun sıyrıqları, hər iki saidin qançırları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə tibb müayinəsindən 2-3 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zǝrǝrvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. X5 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə, xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü və ya kənar şəxs tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri istisna edilmir. 07 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binə qəsəbəsi, Bünyadzadə küçəsində X4 təyin edilməyən xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 noyabr 2024-cü il tarixli qərarda Şəxsnun xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsi ev 5 199 saylı bağçanın həyətində X6 döyməsi faktı müəyyən edilmiş, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1994-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 16, ev 81-də qeydiyyatda olan və yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-2302/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2302/2024
07.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver