Məhkəmə qərarları › İş №3(003)-2317/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2317/2024

14.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2317/2024 14.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Sübhan Cəbiyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Salyan rayonu, Şorsulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Lerik rayonu Livədirgə ərazi dairəsi, Murya kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, YYS nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokola əsasən Şəxs 13 dekabr 2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, YYS-da nömrəsiz evdə arvadı X1 içkili vəziyyətdə nalayiq sözlərlə söyərək döymüş, oraya gələn polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3- cü PŞnin sahə inspektoru Sübhan Cəbiyev göstərdi ki, xx.xx.2024-cü il tarixdə “102” z.m-yə daxil olmuş zəngə əsasən, X2 bildirdi ki, əri Şəxs içkili vəziyyətdə onu döyüb, səs-küy salaraq onunla mübahisə edir, söyüşlər söyür. Sonradan o, küçəyə çıxaraq öz əməllərini davam etdirmişdir. Oraya gedən polis əməkdaşları Şəxs dəfələrlə nizam-intizama dəvət etmişlər, lakin o, buna məhəl verməyərək öz hərəkətlərini səs-küy salaraq davam etmişdir. O, polis tərəfindən xx.xx.2024-cü il tarixdə saat 21:00-da saxlanılmıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 10 ilə yaxındır ki, X2 ilə ailə qurmuş, birgə nikahdan 2 uşaqları vardır. 13 dekabr 2024-cü il tarixdə saat 20:00-da o, sərxoş vəziyyətdə evə daxil olmuş və evdə olan zaman arvadı Cəmilə ilə aralarında sözlə mübahisə olmuşdur. Əsəbi olaraq o, Cəmilənin üstünə stolda olan stəkanı atmış, lakin stəkanın ona dəyməsini dəqiq xatırlamır. Daha sonra evdən bayıra çıxmışdır. Sonra ona məlum olmuşdur ki, Cəmilə mübahisə barədə 102 xidmətinə məlumat vermişdir. Sərxoş olduğu üçün oraya gələn polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də onların tələblərinə tabe olmamışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 13 dekabr 2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, YYS-da nömrəsiz evdə arvadı X1 içkili vəziyyətdə nalayiq sözlərlə söyərək döymüşdür. Oraya gələn polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, vətəndaş X2 “102” xidmətinə zəng edərək əri Şəxs sərxoş vəziyyətdə onu nalayiq sözlərlə söyərək döymüşdür.Oraya gələn polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etmiş, lakin Şəxs öz əməllərini polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə davam etdirmişdir. İş materiallarına əlavə olunmuş 1/11507 nömrəli, xx.xx.2024-cü il tarixli saat 20:28-də tərtib olunmuş protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğu-orta dərəcəsindədir. Məhkəmə Şəxs əməlləri etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1- ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 21:00-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 13 dekabr 2024-cü il tarixdən saat 21:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar