Məhkəmə qərarları › İş №3(003)-2326/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2326/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2326/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Elcan Murtuzovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 16 dekabr 2024-cü il tarixdə xırda xuliqanlıq edərək ictimai asayişi pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Elcan Murtuzov tərəfindən 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Elcan Murtuzov tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 16 dekabr 2024-cü il tarixdə polis əməkdaşları 102 zəng xidmətinə gələn zənglə bağlı hadisə yerinə getmişlər. Həmin vaxt özünü döyülən şəxsin qardaşı kimi təqdim edən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq əlində olan şüşə butulkanı sındırıb kəsici hissəsi ilə qarın nayihəsinə xəsarət yetirmişdir. Şəxs bu hərəkətləruini nakayiq ifadələr işlətməklə davam etdirmişdir. Bu əməlləri ilə Bəhruz Zalov Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə üç qardaşı ilə birlikdə yol gedərkən siqaret almaq üçün mağazaya girmişdir. Geri qayıdan zaman tanımadığı şəxslərin qardaşlarına hücum çəkdiyini görmüşdür. Mübahisə əsnasında əlindən xəsarət almışdır. Digər qardaşı polisə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları onu maşına dəvət etmişlər. O, isə onların tələbinə məhəl qoymadan yerdə yatan qardaşının xəstəxanaya çatdırılmasını tələb etmişdir. Polislər dəfələrlə maşına minməyini istəsələr də o, tabe olmamışdır. Yerdən şüşə qırıntısı götürərək qarın nahiyəsinə yüngül xəsarət yetirmişdir. Həmin vaxtı biraz içkili olduğundan və qardaşının vəziyyətinin ağır olması səbəbindən özündə olmamışdır. Etdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Fərid Hüseynli bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:31 radələrində X1 DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Turalın döyülməsi və təcili polisin gəlməsini bildirmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə gələn zaman döyülən şəxsin yaxını kimi özünü təqdim edən X2 polis əməkdaşlarına “mən varavskoy gedirəm polis mənim qardaşımın məsələsinə qarışa bilməz” deyərək əlində olan şüşə butulkanı sındırıb kəsici hissəsi ilə qarın nahiyəsinə xəsarət yetirib daha sonra boğazına dirəyib polis əməkdaşlarına hədə qorxu gəlmişdir. Dəfələrlə ona polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyə eləcə də ictimai qaydanı və ictimai asayişi açıq aşkara pozmamağa dəvət etsəkdə o eyni hərəkətlərini davam etdirib özünə xəsarət yetirəcəyini bildirmişdir. Bundan sonra əməkdaşlar tərəfindən zərərsizləşdirilən Şəxs polis şöbəsinə gətirilmiş və şəxsin səhətinin yaxşı olmasına və eləcə də müayinə və müalicə olunmasına görə polis şöbəsinə X5 əməkdaşları dəvət edilmişdir. Səhətində ciddi pozuntu olmadığından ilkin tibbi yardım göstərilmişdir. Müvafiq inzibati xətaların baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli 016934 saylı tutma haqqında protokoldan görünür ki, Şəxs 16 dekabr 2024-cü il tarixdə saat 01:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə məsuiyyəti yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar