Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-233/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, «X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: «X7” MMC-nin (VÖEN: **********) ünvanına daxil olmuş yükün gömrük rəsmiləşdirilməsi zamanı qısa idxal gömrük bəyannaməsi verilməmişdir. Belə ki, “X7” MMC 27 avqust 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0938 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş Rusiya Federasiyasından P640PP71/AK077130 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda **********7270 sorğu nömrəli qısa idxal bəyannaməsini mallar xx.xx.2021-ci il tarixdə saat 07:44-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra xx.xx.2021-ci il tarixdə saat 10:48-də gömrük orqanına elektron formada verərək həmin malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Bununla əlaqədar «X7” MMC-nin barəsində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnikleytenantı X1 tərəfindən 14 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, «X7” MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə «X7” MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(003)-1525/2021 saylı qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1500 (bir min beş yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəsinin 26 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün müddət bərpa təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 3(103)-176/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 3(003)-1525/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokolu, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın «X7” MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “X6” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin pozulması ilə əlaqədar xx.xx.2021-ci il raeixli ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 3(003)-1525/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs MMC barədə 1500 manat məbləğində cərimə cəzası təyin edilmiş, halbuki protokol Şəxs MMC barədə deyil, “X7” MMC- barədə idi. Hazırda Şəxs MMC bundan şikayət etmiş və Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə ləğv edilərək yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib hadisənin 27 avqust 2021-ci il tarixdə baş verməsini əsas götürərək hesab edir ki, 03 ildən çox vaxt keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan hal «X7” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Digər tərəfdən qeyd edilməlidir ki, «X7” MMC-nin əməlində İXM-nin 485.2-ci maddəsinin tərkib əlamətləri olsa belə, sonuncu barəsində xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin vaxtdan hazıradək 3 ildən artıq müddət keçmişdir. Bu isə onu göstərir ki, şəxsin əməlində İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, qeyd olunan inzibati xəta haqqında protokol üzrə həmin əmələ görə, yəni inzibati xətanın törədildiyi gündən 3 aydan artıq müddət keçdiyindən «X7” inzibati məsuliyyətə cəlb edilə bilməz Beləliklə, məhkəmə hesab edir ki, «X7” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN 0003080nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «X7” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(011)- 10274/2018 saylı icra sənədinə əsasən hər ay cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq zərərçəkmiş şəxs X2 ödənilməsi qət edilmişdir. Maddi vəziyyətim ağır olduğundan və heç yerdə işləmədiyindən aliment borcunu icra sənədində göstərildiyi məbləğdə ödəyə bilməmişdim. Lakin icra sənədini icra etməkdən boyun qaçırmıram və hər ay 3 uşağımın saxlanılması üçün müəyyən məbləğdə aliment ödəyirəm. Odur ki, barəmdə tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sual yoxdur. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən çıxış üçün proses istirakçılarına söz verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: - Hörmətli hakim! barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul etməyinizi xahiş edirəm. Zərərçəkən şəxs X3: - Hörmətli hakim! barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hörmətli hakim! inzibati iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 17:45-də bağlı elan olunur. Protokol 19 may 2022-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(003)-233/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-233/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver