Məhkəmə qərarları › İş №3(003)-2333/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2333/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2333/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenant X1 tərəfindən tərtib edilmiş 16 dekabr 2024-cü il tarixli, EP ******* nömrəli protokol Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin ünvanına Norveçdə yerləşən Fugro Norvay AS“ şirkəti tərəfindən göndərilən ümumi gömrük dəyəri 4437 manat olan gəmilərdə istifadə olunan radionaviqasiya qəbulediciləri üçün antena alüminumdan antena bərkidicisi koksail kabellər və elektirik naqilləri koaksial kabellər üçün rozetkalar adlı yüklər 01.06. 2024-cü il tarixdə **********5815 nömrəli gömrük bəyannaməsi ilə müvafiq olaraq xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Saxlanc müddətinin bitməsinə baxmayaraq, yüklər rəsmiləşdirilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-ci km ünvanında yerləşən anbarında gömrük nəzarəti altında olan **********5815 nömrəli gömrük nəzarəti altında olan malların ümumiyyətlə yerində olmamamsı müəyyən edilmişdir. Nəticədə ŞəxsMMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər.Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil.Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. İş materiallarından müəyyən edilir ki, hüquqi şəxs Şəxs nin adına xx.xx.2024-cü il tarixdə **********5815 sorğu nömrəli gömrük bəyyanaməsi ilə (ümumi gömrük dəyəri 4437 AZN) mallar müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş, lakin, həmin yüklərin xx.xx.2024-cü il tarixdə müddətin bitməsinə baxmayaraq şirkət tərəfindən rəsmiləşdirilməmiş və ya digər gömrük prosedura altında yerləşdirilməmişdir. Bundan başqa 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-ci km 6 ünvanında yerləşən gömrük nəzarəti altında olan **********5143 nömrəli gömrük nəzarəti altında olan malların yerində olmadığı aşkar edilmişdir. Göründüyü kimi hazırki inzibati material üzrə inzibati xətanın törədilmə yeri Şəxs şirkətinin anbarının ünvanıdır. Ona görə də məhkəmə hesab edir ki, inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə hərəkətlilik, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 496.1-ci maddəsi ilə hərəkətsizlilik nəticəsində törənmiş inzibati xətadır. Hazırki, inzibati xəta haqqında iş üzrə hüquqi şəxsin törətdiyi inzibati xəta həm hərəkətlilik həm də hərəkətsizlik olduğundan, həmçinin hərəkətsizlikdən törənmiş inzibati xətanın həmçinin hərəkətlilikdən törənmiş inzbati xətanın ərazisi Bakı şəhəri Qaradağ rayonu ərazisi olduğunu, ehtimal olunan inzibati xətanın Qaradağ rayonu ərazisində törədildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 16 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs «ŞəxsMMC -nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar