Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2345/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü il tarixdə Ermənistan SSRİ-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüddə olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində sürücü Şəxs etibarnamə ilə idarə etdiyi Nissan Sunny markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Maştağa-Buzovna şossesi ilə Buzovna körpüsü istiqamətinə doğru gəlib yolun kənarında yerləşən Gəncə Təndiri dükanını 400-450 metr keçib yolun əks istiqamətində yerləşən Ə.Vahid küçəsinə dönmək üçün əks yol ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməli olduğu halda, bunu etməyərək sola, yəni əks zolağa doğru manevr etmiş, həmin vaxt Buzovna körpüsü istiqamətindən Maştağa qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan X1 idarə etdiyi Nissan Tida markalı **-BZ-*** qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə çırpılaraq sonuncuya YÜNGÜL dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində etibarnamə ilə idarə etdiyi Nissan Sunny markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Maştağa-Buzovna şossesi ilə Buzovna körpüsü istiqamətinə doğru gəlib yolun kənarında yerləşən Gəncə Təndiri dükanını 400-450 metr keçib yolun əks istiqamətində yerləşən Ə.Vahid küçəsinə dönmək üçün qoşa xəttin yanında dayanmış, əks yoldan gələn VAZ markalı avtomobili buraxıb əks yola doğru manevr etmiş, elə həmin vaxt əks yol ilə sürətlə gələn qırmızı rəngli avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə ailə üzvləri ilə birlikdə olmuşlar, xəsarət alan olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, zərərçəkmiş şəxs X3 və Xəzər RPİ-nin əməkdaşları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 məxsus izahatda bildirilir ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi özünə məxsus Nissan Tida markalı **-BZ-*** qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Maştağa-Buzovna şossesi ilə Maştağa qəsəbəsinə doğru yolun soldan-sağa 1-ci zolağı ilə saatda təxminən 50 km/sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt Gəncə Təndiri dükanına 400-450 metr qalmış qəflətən əks yoldan ağ rəngli avtomobil onun hərəkətdə olduğu zolağa manevr edərək ön hissəsi ilə onun avtomobilinin sol yan hissəsinə çırpılmışdır. O, hadisə zamanı xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və zərərçəkmiş şəxsin iş materiallarına daxil olan izahatını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 30 avqust 2023-cü il tarixli, 991 saylı rəyində görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər — bel nahiyyəsinin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin və bel-oma nahiyyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X6" X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqların görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan 1/3658 nömrəli, 18 avqust 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X1 alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/3657 nömrəli, 18 avqust 2023-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 avqust 2023-cü il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Nissan Sunny markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində isə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərar Xəzər DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-2345/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2345/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver