Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2347/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, (Pasport: P RUS ********* əsasən Rusiya Federasiyası vətəndaşı Giulmira Alieva); evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və Təhqiqat İdarəsinin şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən tərtib edilmiş 00800-01382/25 saylı xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən 05:05 radələrində J2 806 saylı Moskva-Bakı aviareysi ilə gələn, milliyyəti azərbaycanlı olan Rusiya Federasiyası vətəndaşı Alieva Giulmira (Pasport: P RUS 66 8538044; AZE AA******* FİN: xxxxxxx) özünə məxsus müşayiət olunan baqajlarla birlikdə gömrük nəzarətinin “Yaşıl Kanal”ı ilə çıxış qapısına tərəf gedərkən sonuncu saxlanaraq yoxlanışdan keçirilməsi üçün gömrük nəzarətinin “Qırmızı Kanalı”na yönləndirilmişdir. Belə ki, Alieva Giulmiraya məxsus baqajlar bunkerdo yoxlanışdan keçirilən zaman rentgen qurğusunda ona aid baqajlardan birində şübhəli cizgilər olduğu müşahidə edilmişdir. Bu səbəbdən həmin baqajın gömrük yoxlamasına təqdim edilməsinin təmin edilməsi məqsədilə üzərinə qırmızı lent vurulmuşdur. Dəvət edilən hal-şahidlərinin iştirakı ilə Alıeva Giulmiraya məxsus olan bir ədəd iriölçülü parça materialından olan sellofan torbada gömrük orqanına şifahi yaxud yazılı yormada bəyan edilməyən, məcburi nişanlanma ilə nişanlanmamış 44 adda 209 ədəd, yəni 9 ədəd Platinum bar X14 Fruit, 6 ədəd Platinum bar Fizzy Cherry, 23 ədəd X6, 3 ədəd X3, 10 ədəd X8, 10 ədəd Billionaire klubniçnoye morijenoye, 10 ədəd Billionaire oranjevoye morijenoye, 6 ədəd Smokman, 10 ədəd X21, 11 ədəd X22, 10 ədəd X20, 19 ədəd X23 kivi Passion fruit Guava, 14 ədəd X18 X1 Bubble, 7 ədəd MFU Vişnevıy Led, 4 ədəd MFU Persikoviy Led, 2 ədəd MFU Çernika Malina, 2 ədəd MFU Bananoviy Led, 2 ədəd MFU Ledyanaya Myata, 1 ədəd MFU Ledyanaya Dmya, 1 ədəd MFU Ledyanaya vinograd, 1 ədəd MFU X9, 1 ədəd MFU X19, 1 ədəd MFU Çernika Malina, 1 ədəd MFU Graoe, 1 ədəd MFU X13, 1 ədəd MFU Kisloe yabloko, 1 ədəd MFU Mexican Mango, 1 ədəd MFU Graoe Energy, 1 ədəd Tiktok, 1 ədəd Aspark, 1 ədəd Lucud Boost, 1 ədəd Maskking Roki, 1 ədəd X10, 5 ədəd X4, 5 ədəd X12, 5 ədəd X5, 2 ədəd WAKA, 5 ədəd Dummy Vapes 69 Black İce, 5 ədəd Dummy Vapes 69 Lush İce, 5 ədəd Dummy Vapes 69 Wacky Watermelon, 1 ədəd X24, 1 ədəd Коrı Mint, 1 ədəd X17, 1 ədəd X15 markalı elektron qəlyanlar aşkar olunaraq protokol əsasında götürülmüşdür. Araşdırma zamanı izahatı alınmış Rusiya Federasiyası vətəndaşı Giulmira Alieva bildirmişdir ki, təqribən 2 il öncə Moskva şəhərində şərikli olaraq tanışı “Samir” adlı şəxslə birlikdə icarəyə götürdüyü kiçik ticarət obyektində elektron qəlyanların satışını həyata keçirmiş, lakin həmin ticarət obyekti müəyyən bir müddət işlədikdən sonra satışlar yaxşı getmədiyinə görə ticarət obyektini bağlamaq məcburiyyətində qalmışdılar. Həmin mağazada olan malları isə yaşadığı evdə saxlayırdı. Hətta bu müddət ərzində evdə qalan malların bəzilərinin istifadə müddəti də başa çatmışdı. xx.xx.2025-ci il tarixdə bacısının qızının toy mərasimi ilə əlaqədar olaraq Azərbaycan Respublikasına gələrkən yaşadığı evdə olan elektron qəlyanlardan həm özünə aid olanları, həm də şəriki Samir adlı şəxsə aid olan elektron qəlyanları Bakı şəhərinə qohumların istifadəsi üçün pay kimi gətirmişdi. Habelə izahatına əlavə etmişdir ki, həmin malların gömrük organına bəyan edilməli olduğunu bilmirdi. İş üçün əhəmiyyətini nəzərə alıb, müvafiq ekspertizaların təyin edilməsi haqqında qərar tərtib olunmuş və ekspertizanın keçirilməsi müvafiq olaraq Azərbaycan- Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə Azərekspertiza Birliyinin mütəxəssislərinə həvalə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 6/2216/2025 nömrəli ekspert məktubuna əsasən, məhkəmə ekspertizanın aparılmasından imtina edilmişdir. “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 158 nömrəli ekspert rəyinə əsasən, 9 ədəd Platinum bar X16 Fruit, 6 ədəd Platinum bar Fizzy Cherry, 10 ədəd X21, 11 ədəd X22, 10 ədəd X20, 19 ədəd X23 kivi Passion fruit Guava, 14 ədəd X18 X1 Bubble, 7 ədəd MFU Vişnevıy Led, 4 ədəd MFU Persikoviy Led, 2 ədəd MFU Çernika Malina, 2 ədəd MFU Bananoviy Led, 2 ədəd MFU Ledyanaya Myata, 1 ədəd MFU Ledyanaya Dmya, 1 ədəd MFU Ledyanaya vinoqrad, 1 ədəd MFU X19, 1 ədəd MFU Çernika Malina, 1 ədəd MFU Graoe, 1 ədəd MFU X13, 1 ədəd MFU Kisloe yabloko, 1 ədəd MFU Mexican Mango, 1 ədəd MFU Graoe Energy, 1 ədəd Maskkinq Roki, 2 ədəd WAKA, 1 ədəd Kori Mint, 1 ədəd X17, 1 ədəd X15 markalı elektron qəlyanların qiymətləndirilməsinin aparılması mümkün olmuş və ümumi cəmi qiyməti 1055,80 manat təşkil etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Alieva Giulmiranın izahatı, xx.xx.2025-ci il tarixli protokol, ekspert rəyləri və digər sənədlər ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi cəmi qiyməti 1055,80 manat təşkil edən, məcburi nişanlanma ilə nişanlanmamış 44 adda 209 ədəd, yəni 9 ədəd Platinum bar X14 Fruit, 6 ədəd Platinum bar Fizzy Cherry, 23 ədəd X6, 3 ədəd X3, 10 ədəd X8, 10 ədəd Billionaire klubniçnoye morijenoye, 10 ədəd Billionaire oranjevoye morijenoye, 6 ədəd Smokman, 10 ədəd X21, 11 ədəd X22, 10 ədəd X20, 19 ədəd X23 kivi Passion fruit Guava, 14 ədəd X18 X1 Bubble, 7 ədəd MFU Vişnevıy Led, 4 ədəd MFU Persikoviy Led, 2 ədəd MFU Çernika Malina, 2 ədəd MFU Bananoviy Led, 2 ədəd MFU Ledyanaya Myata, 1 ədəd MFU Ledyanaya Dmya, 1 ədəd MFU Ledyanaya vinograd, 1 ədəd MFU X9, 1 ədəd MFU X19, 1 ədəd MFU Çernika Malina, 1 ədəd MFU Graoe, 1 ədəd MFU X13, 1 ədəd MFU Kisloe yabloko, 1 ədəd MFU Mexican Mango, 1 ədəd MFU Graoe Energy, 1 ədəd Tiktok, 1 ədəd Aspark, 1 ədəd Lucud Boost, 1 ədəd Maskking Roki, 1 ədəd X10, 5 ədəd X4, 5 ədəd X12, 5 ədəd X5, 2 ədəd WAKA, 5 ədəd Dummy Vapes 69 Black İce, 5 ədəd Dummy Vapes 69 Lush İce, 5 ədəd Dummy Vapes 69 Wacky Watermelon, 1 ədəd X24, 1 ədəd Коrı Mint, 1 ədəd X17, 1 ədəd X15 markalı elektron qəlyanları gömrük orqanına mütləq bəyan edilməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan məcburi nişanlanma ilə nişanlanmamış 44 adda, 209 ədəd, yəni 9 ədəd Platinum bar X14 Fruit, 6 ədəd Platinum bar Fizzy Cherry, 23 ədəd X6, 3 ədəd X3, 10 ədəd X8, 10 ədəd Billionaire klubniçnoye morijenoye, 10 ədəd Billionaire oranjevoye morijenoye, 6 ədəd Smokman, 10 ədəd X21, 11 ədəd X22, 10 ədəd X20, 19 ədəd X23 kivi Passion fruit Guava, 14 ədəd X18 X1 Bubble, 7 ədəd MFU Vişnevıy Led, 4 ədəd MFU Persikoviy Led, 2 ədəd MFU Çernika Malina, 2 ədəd MFU Bananoviy Led, 2 ədəd MFU Ledyanaya Myata, 1 ədəd MFU Ledyanaya Dmya, 1 ədəd MFU Ledyanaya vinograd, 1 ədəd MFU X9, 1 ədəd MFU X19, 1 ədəd MFU Çernika Malina, 1 ədəd MFU Graoe, 1 ədəd MFU X13, 1 ədəd MFU Kisloe yabloko, 1 ədəd MFU Mexican Mango, 1 ədəd MFU Graoe Energy, 1 ədəd Tiktok, 1 ədəd Aspark, 1 ədəd Lucud Boost, 1 ədəd Maskking Roki, 1 ədəd X10, 5 ədəd X4, 5 ədəd X12, 5 ədəd X5, 2 ədəd WAKA, 5 ədəd Dummy Vapes 69 Black İce, 5 ədəd Dummy Vapes 69 Lush İce, 5 ədəd Dummy Vapes 69 Wacky Watermelon, 1 ədəd X24, 1 ədəd Коrı Mint, 1 ədəd X17, 1 ədəd X15 markalı elektron qəlyanlar müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-2347/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2347/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver